Əsas Səhifə > Gündəm, Manşet > Məşhur mağazadan iki nazirə bir ŞİKAYƏT

Məşhur mağazadan iki nazirə bir ŞİKAYƏT


5-10-2018, 09:00
Məşhur mağazadan iki nazirə bir ŞİKAYƏT
Azad İstehlakçılar Birliyinə “Chilia” mağazasından şikayət daxil olub.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. Belə ki, Bakı sakini Mahirə Muradova Nizami küçəsi 79 ünvaninda yerləşən “Chilia” mağazasında aldadılıb. Mağaza satıcıları tərəfindən müştəriyə israrla geyim satılıb. Paltarı evə aparanda isə üzərində etiketinin olmadığını görüb: “18.09.2018-ci il tarixində saat 21:00 radələrində rəfiqəm Lizayla dükana daxil olub paltarlara baxırdıq. Həmid adında, özünü müdir kimi ozünü qələmə verən şəxs bizə yaxınlaşıb əlindəki donu “yeni model İspan paltarı” kimi təqdim etdi və geyinməyimizi israrla istədi.

“Böyük endirim” kimi təqdim edərək bu paltarı almağı təklif etdi. Paltarı geyinib yoxlamaq istədikdə müdir imkan vermədi ki, normal şəkildə paltara normal baxım. Çoxlu komplimentlər dedi və bildirdi ki, çox yarasır. Və beləliklə mən paltara diqqətlə baxmadan 200 azn ödəyib aldım. Mənə verilən kassa çekində VÖEN olmadığını sonradan fərq etdim. Paltarı evə gətirən kimi donun etiketinin olmadığını aşkar etdim. Paltarı büküb verən zaman birkasının kəsilib saxlandığını gördüm. Paltarı evdə geyinib yoxladıqda gördüm ki, ölcüsü böyükdür, modeli istəyimə uyğun deyil. Paltarı qaytarmaq qərarına gəldim. Qeyd edim ki, paltarın istehsal mənşəyinə dair hec bir məlumat yoxdur. Dona tikili olan etiketi belə kəsiblər. Mənə verilən “kassa cekində” yazılıb ki, 14 gün ərzində dəyişmək imkanı var. Lakin xəstə olduğum ücün yalnız 5 gün sonra sentyabrın 22-də paltarı dəyişmək, uyğun bədən olmadığı halda qaytarmaq ücün qızımla mağazaya gəldim. Təklifimi Həmid bəyə dedikdə o, bu paltarın başqa ölcüsünün olmadığını dedı. Müdirlə danışıqdan məlum oldu ki, bu hec də yeni model deyil, köhnə imiş. Sonra paltarı geri götürməsini və pulumu qaytarmasını tələb etdik. Həmid bəy qətiyyən razı olmadı və bizə cox sərt cavablar verdi, yalnız başqa və bahalı modellər verəcəyini dedi. Bundan sonra 3 dəfə mağazaya getdik və hər dəfə də bahalı paltarlar göstərib, paltarı geri qaytarmaq tələbimi rədd etdi”.

Qeyd edək ki, istehlakçının hüquqlarının pozulması ilə bağlı İqtisadiyyat naziri Şahin Mustafayevə və Vergilər naziri Mikayıl Cabbarova rəsmi müraciətlər olunub.

Geri qayıt