Əsas Səhifə > Gündəm, Manşet > ""Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib..."
""Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib..."20-02-2019, 08:40 |
DİA.AZ: - Ucar şəhər Heydər Əliyev prospekti ev 91 mənzil 16 ünvanında yaşayan İsmayılzadə Akif Səlim oğlu Milli Məclis üzvlərinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Hörmətli millət vəkilləri! Sizi Milli Məclisə millət vəkili biz seçmişik. Ona görə ki ali qanunverici orqanımız olan Milli Məclisdə qanunların işlənib hazırlanmasına, qəbul olunmasına və bu qanunların həyata keçirilməsinə nəzarət edəsiniz. Amma "Azəriqaz" İstehsalat Birliyi aşkar şəkildə bu gün vətəndaşların cibinə girirlər. Bu qanunsuzluğun qarşısı alınmır. Hətta bu qanunsuzluqları "Azəriqaz"ın mətbuat katibi İbrahim Kərbalayev rəsmi şəkildə müdafiə edir. Bu da onu göstərir ki, törədilmiş bu qanunsuzluqlardan birbaşa "Azəriqaz"ın rəhbərliyinin xəbəri var. Siz isə verilmiş qanunun işlənilməsinə nəzarət etməli olduğunuz halda heç vətəndaslara qarşı olunan bu haqsızlıqlara qarşı etirazınızı da bildirmirsiniz. Nəyə görə siz parlamentin iclasında bu qanunsuzluqlardan danışmırsınız? Biz vətəndaşlara qarşı olunan bu qanunsuzluğa göz yuman millət vəkillərinə bizim nə ehtiyacımız var? Biz sizləri nəyə görə seçmişik? Pozulmuş hüquqlarımızın bərpa olunmasını tələb etmək üçün.... Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına əsasən 2017-ci il yanvar ayının birindən etibarən əhaliyə verilən illik qazın həcminin 1700 kubmetr dəyərinin hissəsi 10 qəpiklə, artıq istifadə olunan qazın həcminin qiyməti isə hər kubmetrə görə 20 qəpiklə hesablanır. Hər ilin dekabr ayının sonunda sayğaclar sıfırlanmalı olduğu halda. "Azəriqaz" İstehsalat Birliyinin Ucar rayon Qaz İstismarı İdarəsi mənim mənzilimin sayğacını yanvar ayının onunda gəlib sıfırlayıb.Mən buna etiraz etdikdə isə idarənin əməkdaşı mənə dediki "Azəriqaz"da il yanvarın onunda dəyişir.Bunun nəticəsində mənə on bir manat ziyan dəyib. "Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib. Araşdıran olsa Ucar rayonundan yüzlərlə abonent bu fırıldağın qurbanı olub."Azəriqaz"ın mətbuat katibi İbrahim Kərbalayev mətbuatda gedən yazılara açıqlama verərkən isə bu məsələyə süni şəkildə don geyindirərək öz soyğunçularını müdafiə edir.Halbuki 2016-cı ilin dekabr ayında Tarif Şurası bu qərarı verən zaman və 2017-ci ilin dekabr ayının sonlarında İbrahim Kərbalayev özü şəxsən açıqlamasında qaz sayğaclarının dekabrın 31-ə kimi sıfırlanaraq yeni ilin yanvarın birindən abonentlərin limitlərinin yeniəcəyini bildirmişdi. Amma nədənsə 2019-cu ildə o açıqlamasında əvvəlki illərdə dediyi sözü demək əvəzinə "Azəriqazın" fırıldaqçı əməkdaşlarının qanunsuzluqlarını müdafiə etmək üçün bu sözləri əlavə etdi ki, yanvarın biri, ikisi və beşi, altısı bayram günləri olduğu üçün yeddisi yanvar tarixindən sonra abonentlərə bildirişlər göndərilib. İbrahim Kərbalayevə bildiririrəm ki, siz sadaladığınız tarixlərin içində nəyə görə üçü və dördu yanvar tarixlərinin iş günü olduğunu qeyd etmirsiniz? Eyni zamanda uzun illər vəzifədə işləyən təcrübəli şəxs kimi bildirim ki, qanuna əməl etmək lazımdır.Əmək qanunvericiliyində belə halda yəni bayram günlərində və istirahət günlərində işləyənlər ya həmin əmək gününə görə aldığı məvacib ikiyə vurulmalıdır yada həmin işçinin məzuniyyət günlərinə əlavə olunmalıdır.Müraciətimin sonunda millət vəkillərimizə sözüm odur ki pozulmuş qanunlarımızı gördükdə susmaq həmin əməlləri törədənlərlə şərik olmaq deməkdir. İbrahim Kərbalayevə isə sözüm odur ki, "Azəriqaz"ın əməkdaşlarının törətdikləri bu əməllər cinayət əməlidir". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |