Əsas Səhifə > Gündəm, Manşet > Aqil Nəzərlini bitirəcək FAKTLAR
Aqil Nəzərlini bitirəcək FAKTLAR4-04-2019, 09:00 |
DİA.AZ: - Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Aqil Nəzərlinin korrupsiya faktlarından çox cüzi bir hissəsini diqqətinizə çatdırırıq. Rəsmi şəkildə əmək müqaviləsi ilə işləyən hər kəs bilir ki, işçinin əmək haqqından məcburi və könüllü tutulmalar eydiir. Məcburi tutulmalar Vergi, DSMF, İşsizlikdən Sığorta Fonduna edilən ödəniş və büdcə təşkilatlarında məntiqsiz olsa da, mövcudluğu yalnız pul yığmaqda görsənən "Həmkarlar İttifaqı"na tutulmalardır. Ancaq, Laçın rayon icra başçısı Aqil Nəzərlinin göstərişi əsasında könüllü tutulmalar sırasında olan "Xeyriyyə Fondu"na tutulma məcburidir. Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon "Xeyriyyə Fondu"nun bank hesabına ödənilir. Və faktiki olaraq 10 minlərlə manat vəsait heç bir zaman da təyinatı üzrə istifadə edilməyib və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 500, 1000 manat yazılaraq həmin hesabdan pullar çıxarılır. 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar aylarında Aqil Nəzərli yenədə öz adamlarının adlarına 500, 1000 manat civarında çox sayda adamın adına yazaraq "Xeyriyyə Fondu"nun vəsaitlərini çıxarmışdır. Və həmin adamlar pulları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərliyə təhvil verərək qarşılığında 15-20 manat zəhmət haqqı almışdırlar. Digər bir korrupsiya faktı isə Laçın rayon Mişni, Qarıqışlaq və Vağazin kəndinin Qarağac obasında birinin smeta dəyəri 8000 manat dəyərində olan 3 ədəd su quyusunun qazılması üçün quyunun hər birinə 85000 manat ayrılmış və ümumilikdə 231000 manat vəsait Aqil Nəzərli tərəfindən mənimsənilmişdir. Cənab Prezident, əsil düşmənlər ocaq başında əyləşib". dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |