Əsas Səhifə > Gündəm, Manşet > Burada hər şey baha olsa da insan sağlamlığı, taleyi çox ucuzdur...
Burada hər şey baha olsa da insan sağlamlığı, taleyi çox ucuzdur...29-04-2019, 09:43 |
Zaqatalalılar 2008-ci il sentyabrın 19-nu yaxşı xatırlayırlar. Çünki,həmin gün onların həyatında unudulmaz bir gündür.Belə ki, rayona səfərə gələn prezident İlham Əliyev Zaqatala Müalicə-Diaqnostika Mərkəzinin açılışını edərək sakinlərinin istifadəsinə verib. Təkcə Zaqatala üçün deyil,ətraf rayonlar üçün də böyük əhəmiyyət daşıyan Mərkəzin fəaliyyətə başlamasının sevinci elə də çox çəkməyib. Dövlət tərəfindən vətəndaşların sağlamlığı üçün nəzərdə tutulan Mərkəz çox keçməmiş bir çoxları üçün qazanc mənbəyinə çevrilib. Zaqatala Müalicə-Diaqnostika Mərkəzində baş verənlərlə bağlı Rubrika.az saytına ilginc məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki,Mərkəzin baş həkimi Nəriman Əfəndiyev özünə yaxın bir qrup həkimlə birlikdə Zaqatalada “səhiyyə bazarı” açıb. Xəstələrin yağmalanmasına elə girişdəncə başlanılır. Hər hansı həkimin qəbuluna düşmək üçün talon almaq gərəkir. Təbii ki, talonu da havayı vermirlər. Daha sonra isə əsl həngamə başlanır. Rubrika.az saytına danışan sakinlər bildirir ki, UZİ aparatında bir orqnın müayinəsi 15 manatdan başlanır. Allah eləməmiş başqa bir müayinəyə də ehtiyac yaranarsa məbləğ 20-25 manata qədər yüksəlir. Ümumiyyətlə Mərkəzdə analizlərin qiymətləri “əl yandırır.” Burada pulsuz ancaq nəfəs almaq mümkündür. Görəsən xalqa pulsuz xidmət göstərilməsi üçün nəzərdə tutulan Mərkəz necə olur ki,özəl klinikaya çevrilib. Xatırladaq ki, xəstələrdən alınan pullara dair heç bir çek verilmir. Rubrika.az saytına məlumat verən şikayətçilər bildirir ki, laborotoriya həkimi Vüsalə Şabanova analizə gələnlərdən ilk öncə “pul analizi” götürür. Onun otağında olan daxıl isə tamam başqa bir aləmdir. Günorta olmamış pulla dolub daşan daxıl mərkəzdə çalışan neçə-neçə həkimin “dolanacaq yeridir.” Belə ki, Mərkəzin ürək həkimi Leyla Şabanova (o həm də Vüsalə Şabanovanın bacısıdır) daxılın dolub daşmasında heç də az rol oynamır. Şikayətçilər deyir ki, Leyla həkim qəbuluna gələnləri lazım oldu olmadı bacısının laborotoriyasına göndərir. Bacıların həmrəyliyi isə binəva xəstələrə “baha başa gəlir.” Daxıldan isə sonda hər kəs öz nəsibini alır. Məlumatda bildirilir ki, ən çox pay bu bazara şərait yaradan,göz yuman baş həkim Nəriman Əfəndiyevə çatır. Zaqatala Müalicə Diaqnostika Mərkəzində hər şey baha olsa da insan sağlamlığı,taleyi çox ucuzdur. Verilən məlumata görə Mərkəzin ginekoloqu Səadət xanım hətta xəstəni əməlyyata analizsiz salmaqdan belə çəkinmir. Mərkəzə müraciət edən xəstə Telli Salehova məhz Səadət həkimin və Nəriman əfəndiyevin uğursuz əməliyyatının qurbanı olub. Onların etdiyi əməliyyatdan bir neçə gün sonra gənc yaşında dünyaya vida edən xəstənin taleyi Mərkəzdə yaranan acınacaqlı durumun bariz nümunəsidir. Şikayətçilər bildirir ki, Zaqatala Müalicə Mərkəzi sosial narazılıq mərkəzinə çevrilib. Rayon sakinlərinin sosial vəziyyətini,maddi durumunu nəzərə almadan pul tələb etmək, insan talelərini,sağlamlığını alver predmetinə çevirmək əsl cinayətdir. Səhiyyə nazirliyi bütün bunları görməyə bilməz. Amma,görmək heç də kifayət etmir. Həm də tədbir görmək lazımdır. Özü də tezliklə! Rubrika.Az Geri qayıt |