Əsas Səhifə > Gündəm, Manşet > Gömrükdə vətəndaşın başına necə oyun açıblar...

Gömrükdə vətəndaşın başına necə oyun açıblar...


15-05-2019, 08:44
Gömrükdə vətəndaşın başına necə oyun açıblar...
DİA.AZ: - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində müvəqqəti yaşayan Gürcüstan vətəndaşı Osmanov Binəli tərəfindən Prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Binəli Osmanov 02 fevral 1972-cu ildə Gürcüstan respublikasının Dmanisi rayonunda anadan olmuşam. İşimlə bağlı son illəri müvəqqəti olaraq Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayıram. Hər iki aydan bir doğma yurduma- Gürcüstana gedib gəlirəm. Və hər dəfə də Azərbaycana qayıdanda özümlə normaya uyğun ərzaq mallarından da gətirirəm. Lakin bu ilin mayın 4-də “Sınıq körpü” Postunda Azərbaycan tərəfin gömrük işçisi namazov Natiq Vidadi oğlu Gürcüstandan mənimlə birlikdə gələn Şabanov Bəxtiyar Vidadi oğlu və mənə məxsus olan, hər birimizə aid 5 l çaxırı əlimizdən alıb müvəqqəti saxlanca qoydular. Və yaxşı ki, AKT da bağladılar. Digər yoldaş Əsgərov İsmayıl bahadur oğlunun da gətirdiyi 5 l çaxırı zorakılıqla əlindən alıb heç akt da tərtib etmədilər. Hadisə 4 may 2019-cu il, saat 12-30 -12-50 arası müşahidə kameralarının altında baş vermişdir. Bir daha xatırladım ki, mayın 4-də bütün Qırmızı Körpü Gömrük postu işçiləri yalnız vətəndaşların gətirdikləri çaxırları müsadirə edirdilər. sanki hansısa məmurun oğlunun toy məclisinə tədarük görürdülər. Azərbaycana gələn xarici və yerli vətəndaşlara qarşı gömrük işçilərinin kobud davranışını və əmnlaklarımızı zorakılıqla əsassız olaraq ələ keçirmələrini rəsmi dələduzluq və vəhşilk adlandırmaq olar. Əgər gömrük orqanlarına təqdim olunan qadağan olunmuş mallar siyahısında gürcü çaxırının adı varsa. Hardasa bununla razılaşmaq olar. Amma Azərbaycan DGK-dən fərqli olaraq Gürcüstan Respublikası öz dövlət büdcəsini məhz bütün dünya ölkələrinə ixrac etdiyi çaxırın sayəsində müəyyən qədər formalaşdıra bilir, təkcə Azərbaycandan başqa. Ona da Dövlət Gömrük Komitəsi dövlətin deyil, özlərinin tərtib etdikləri “qanunlar” tətbiq etməklə. Arzu edərdik ki, bizim gömrük postlarımızda dövlətin tərtib etdiyi təlimatlara uyğun qeyd edilmiş malların postlardan keçirilməsinə inhisarçı quldurların göstərişlərinə əməl edilmədən icazə verilsin.

Çox hörmətli, Preziden İlham Əliyev və Soloma Zurabaşvili! Mən Gürcüstan vətəndaşı olsam da, milliyətcə Azərbaycan türküyəm. Və Azərbaycana doğmalarımın yanına gəlmək-getmək mənim hüququmdur. Gürcüstan tərəfin gömrük postu Azərbaycan tərəfə nisbətən bütün standart qaydalara əməl edir və insanları incitmir, əmlaklarını zorakılıqla ələ keçirmirlər. Cənab Prezident İlham Əliyev başımıza gətirilən belə xoşagəlməz hadisələrdən nəticə çıxarırırq ki, Dövlət Gömrük Komitəsində daha savadlı, peşəkar, qanunlardan xəbəri olan və Azərbaycanın digər regionlarını təmsil edən kadrların işləməsinə çox böyük ehtiyac vardır. Bir sözlə, DGK-də ciddi islahatların aparılması zəruriyyəti yaranmışdır. Sizdən çox xahiş edirəm ki, 4 may tarixində DGK-nin Qırmızı Körpü Gömrük Postunda əsassız olaraq zorakılıqla ələ keçirilmiş əmlaklarımızın geri qaytarılması barədə aidiyyatı üzrə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk".

dia-az.life olaraq iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt