Əsas Səhifə > Gündəm, Manşet > Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!


24-05-2019, 09:08
Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!
Son zamanlarda rəsmi servislərdə yaranan problemlərin sayı artmaqdadır. Bir çox servislərdə avtomobil sahiblərinə lüzm olmadan detal dəyişdirilməsi isə əsas məğzlərdən birinə çevrilib. Bu dəfə isə problemdən də ötə, özbaşınalıq baş verməsi ilə bağlı məlumat vermək istərdik.

Baş vermiş özbaşınalıqlardan biri məhz elə Əliyeva Gülnar Asif qızının başına gəlib. O qeyd edib ki, cari ilin aprel ayının 6-da Chevrolet Aveo markalı avtomobilində yaranmış bir problemlə - avtomobilin tez-tez matorun hərarətinin artması ilə əlaqədar Babək prospekti "Performans CENTER"ə müraciət edib. Adəti üzrə servis də avtomobili təhvil alib və iki gündən sonra- 08.04.2019 tarixində Gülnar xanıma avtomobilin düzəldiyini və 66.01 manat pul ödəməli olduğu bildirilib. Xanım isə öz növbəsində 66 azn məbləği ödəyərək avtomobili təhvil alıb.

Lakin avtomobilini idarə edərkən səbəb olmuş problemin həl edilmədiyini müşahidə edib. Və problem həllini tapmadığnı gördükdə 08.05.2019-cu il tarixində avtomobil sahibi xanım yaranmış eyni problemlə bağlı yenidən Babək prospekti "Performans center"ə müraciət edib. Servisdən sürücüyə avtomobilinin bir neçə detalının dəyişdiriləcəyi bildirilir. Bu dəfə isə məbləğ 393.22 manat təşkil edib. Tələb olunan məbləği yenədə ödəyən xanım elə həmin gün avtomobilini təhvil alıb və avtomobilə 5000 km zemanet verildiyini qeyd edən xanım avtop servizdən çıxıb..

Bu gün isə (23.05.2019 – red.) xanım sürücü təkrar həmin problemlə Babək prospekti "Performans center"ə müraciət edib. Servisdən isə xanıma bildiriblər ki, artiq problem bizlik deyil: “Servis problemi araşdırıb mənbəyini tapmamış, ehtiyac olmadığı halda avtomobilimdə detalları dəyişiblər. Zəmanət vermələrinə baxmayaraq problemi qəbul etmirlər”- deyə xanım qeyd edir. Hazırda 459.24 məbləğində xanımdan pul alınmasına baxmayaraq avtomobilin probleminin həl edilməsinə yaxın durmayan serviz özlərinin haqlı vətəndaşın isə haqsız durumda görməkdədirlər.

Məsələ ilə bağlı verilən məlumatları araşdırıb qarşı tərəfidə dinləməyə hazırıq.
Bakunews.az

Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!
Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

Geri qayıt