Əsas Səhifə > Gündəm, Manşet > Tovuzda BARAMA BİYARI...
Tovuzda BARAMA BİYARI...4-06-2019, 08:56 |
Tovuz rayonunun bəzi kəndlərində əhaliyə məcburi şəkildə barama paylanılır. Baramanı götürməyənlər və götürüb planı doldurmayanları isə cərimə edirlər. Hər şəxsə bir qutu barama verilir. Bu barədə Cebhe.info-ya Tovuz sakinləri məlumat veriblər. Rayon sakinləri bundan çox narahatdırlar. Qeyd edək ki, bunun iqtisadi əsası yoxdur. Çünki SSRİ-nin dağılmasından sonra, Azərbaycanda planlı iqtisadiyyat ləğv olunub. Hətta kolxoz, sovxoz dövründə belə insanlar planı ödəmədiyinə görə cərimə olunmayıb. Hazırki dövrdə planlı iqtisadiyyat mövcud deyil, onun yerini bazar iqtisadiyyatı tutub. Bu vəziyyətdə planlı iqtisadiyyatın yenidən bərpa olunma cəhdləri, yalnız iqtisadiyyata zərər verə bilər. Görəsən, bunu nəyə əsasən əhaliyə tətbiq edirlər? Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Tovuz Rayonu İcra Hakimiyyətinin Memarlıq və tikinti işləri şöbəsinin baş məsləhətçisi Sahib Əsgərov isə bu iddiaları qəti şəkildə rədd edib. S.Əsgərov bildirib ki, belə bir qərar yoxdur: “Tovuz rayonunun sərhəd kəndlərində, nə də mərkəzə yaxın ərazilərində belə bir iş icra edilmir. Bununla bağlı kimlər şikayət edib bilmirəm, lakin məqsədləri bir qədər maraqlıdır. Düşünürəm ki, bu məsələ telefonla tam həllini tapmayacaq, əgər qaranlıq qalan məsələ olsa, buyurub rayonumuza da ziyarət edə bilərlər. Kəndimizdə bu köhnə qayda tətbiq olunmur”. Geri qayıt |