Əsas Səhifə > Gündəm, Manşet > "Onların var-dövləti və vəzifələri var..."
"Onların var-dövləti və vəzifələri var..."11-07-2019, 08:49 |
DİA.AZ: - Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Əhmədov Məhəmməd Xudazər oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşlar yazır: "Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və onun əlaltısı Ucar Aqroservizin direktoru Nazir Şükürov iki ailəni aclığa məhkum etmək istəyir. Biz hər ikimiz traktor sürücüləriyik. Ucar Aqroservisdə istifadə edilməyib saxlanılan Belarus 12.21 markalı 10 F 843 nömrəli traktoru təmir etdirib istifadə etmək üçün baş idarəyə müraciət edib razılıq aldıq. Həmin traktor 6 aydan çox idiki Ucar Aqroservisdə istifadəsiz saxlanılmışdı. Biz şərikli həmin traktoru öz vəsaitimiz hesabına təmir etdirdik ki, şərik işlədib ailəmizə çörək qazanaq.Qanunu qaydada müqavilə tərtib edildi rüsum ödədik.Traktorun təmiri üçün ehtiyat hissələri alınmasına 1202 manat, qaynaq işlərinə və sairə aqreqatlara isə 600 manat pul xərclədik. Bundan sonra Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və Ucar Aqroservisin direktoru Nazir Şükürov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tərtib olunmuş və rüsumu ödənilmiş müqaviləyə imza etmək istəmirlər.Səbəb isə isə bunula izah edilir ki, həmin traktoru əvvəl işlədən Oğuz rayon sakini həmin traktoru özü yenidən işlətmək istəyir.Biz isə Sədaqət Ağayevə və Nazir Şükürova izah edirik ki, bunu nə üçün əvvəldən demirdiniz biz bu qədər pul xərcləyib xarab olmuş traktoru tam işlək vəziyyətə gətirəndən sonra bu bahənə ilə bizə əziyyət verirsiniz.Biz həmin pulu borc alıb traktoru təmir etdirmişik. Sədaqət Ağayev deyir ki, kefimiz belə istəyir Yevlax Regional Aqroservsin rəhbəri mənəm.Ucar Aqroservizi Yevlax Regional Aqroservisə tabedir.Qeyd edək ki, həmin Oğuz rayon sakinindən Sədaqət Ağayev 2000 manat, Nazir Şükürov isə 600 manat rüşvət kimi alıblar. Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və Ucar Aqroservisin direktoru Nazir Şükürov dövlət idarəsini talan edib əldə etdikləri kapital hesabına özlərinə Yevlax, Ucar rayonlarında və Bakı şəhərində çoxlusayda ticarət obyektləri, Yanacaq doldurma məntəqələri, restoranlar, mənzillər və bahalı avtomobillər alıblar.Biz isə gündəlik çörəyimizi qazanmaq üçün min əziyyət çəkən zəhmətkeş insanlarıq. Onların var-dövləti və vəzifələri var.Bizim isə İlham Əliyev kimi qayğıkeş prezidentimiz və İnam Kərimov kimi ədalətli Kənd Təsərrüfatı Nazirimiz var.İnanırıq ki, şikayətimiz yerində bizim iştirakımızal araşdırılacaq. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova müraciət edib xahiş edirik vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini kolxoz bazarına döndərmiş Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayevin və ona tabe olan Ucar Aqroservisin direktoru Nazir Şükürovun barəsində ciddi tədbirlər görəsiniz, öz vəsaitimiz hesabına təmir edib işlək vəziyyətə gətrdiyimiz Belarus 12.21 markalı 10 F 843 nömrəli traktoru işlədmək üçün tərtib edilmiş müqavilənin təsdiq edilməsinə tapşırıq verəsiniz". dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |