Əsas Səhifə > Gündəm, Manşet > "Qarabağ Azərbaycandır və nida işarəsi"

"Qarabağ Azərbaycandır və nida işarəsi"


4-10-2019, 08:14
 "Qarabağ Azərbaycandır və nida işarəsi"
Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu deyiblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Roa Duterte çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırıblar.

***

Saat 19:32

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilir.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edir.

Dövlət başçısı tədbirdə nitq söyləyib.




Geri qayıt