Əsas Səhifə > Gündəm, Manşet > Əli Kərimli və Rəsul Quliyevin də İsveçrə banklarında mənbəyi bilinməyən vəsaitləri var...
Əli Kərimli və Rəsul Quliyevin də İsveçrə banklarında mənbəyi bilinməyən vəsaitləri var...5-10-2019, 09:50 |
Azərbaycan vətəndaşlarının İsveçrə banklarındakı hesabları ilə bağlı informasiyalar açıqlanan məlumatlar kateqoriyasına daxil edilib. Belə ki, İsveçrə parlamenti Azərbaycana bank və vergilərlə bağlı informasiya verməyə başlamağa dair qərar qəbul edib. Azərbaycan və İsveçrə arasında faktiki bank və vergi məlumatları mübadiləsi 2021-ci ildə başlayacaq. Nəticədə İsveçrənin təxminən yüz dövlətlə avtomatik vergi və maliyyə məlumatları mübadiləsi ilə bağlı fəaliyyət göstərəcəyi gözlənir. 2021-ci ildən etibarən Azərbaycanla yanaşı Çin, Səudiyyə Ərəbistanı, Livan, Pakistan, Qazaxıstan, Qana, Nigeriya və Kolumbiya da İsveçrədən bank məlumatlarını alacaqlar. İsveçrədə vergidən yayınma ilə mübarizə bank sirrindən üstün tutulur. 2014-cü ildə “Böyük iyirmilik” (G20) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dəstəyi ilə bütün növ maliyyə cinayətlərinə, o cümlədən, “çirkli pulların yuyulmasına” və vergidən yayınmağa qarşı yeni standartlar hazırlayaraq qəbul edib. Bu standartların əsasını bank, vergi və digər müvafiq məlumatların avtomatik mübadiləsi mexanizmi təşkil edir. Yüzə yaxın dövlət bu standartları tətbiq etmək qərarına gəlib. Söhbət hesab nömrələri, vergi ödəyicisinin eyniləşdirmə nömrələri, vergi rezidentinin adı, soyadı, ünvanı, doğum tarixi, gəlir növləri və vergi məlumatlarının verildiyi tarixdə hesabın vəziyyətinin açıqlanmasından gedir. İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, qərar mühüm əhəmiyyət kəsb edir: “İsveçrə banklarına qoyulan vəsaitlər oğurluq yolu, korrupsiya ilə əldə edilməyibsə, bu, İsveçrə banklarında hesab saxlayan azərbaycanlılar üçün problem olmayacaq. Bu o deməkdir ki, əgər pulların sahibi onların mənbəyini açıqlaya biləcəksə, biznesdən əldə etdiyini təsbit edəcəksə, bu şəxslərin qanunla problemləri olmayacaq. Əks halda, yəni pulların mənşəyi ilə bağlı qaranlıq məqamlar olacaqsa, həmin vəsaitlərin mənbəyi təftiş ediləcək”. Qadir İbrahimli bildirir ki, Azərbaycan mənşəli vəsaitlər İsveçrə banklarına yat2ırılana qədər “təmizlənir”: “İsveçrə banklarına tamamilə mənbəyi qaranlıq olan vəsaitləri yerləşdirmək çətindir. Yəni 10 milyon korrupsiya pulunu birbaşa aparıb İsveçrə bankına yerləşdirə bilməzsiniz. Sizdən həmin pulların mənşəyi ilə bağlı ilkin məlumatlar istənilir. Həmin banklara hardasa tarixçəsi olan vəsaitlər qəbul edilir”. Qadir İbrahimli deyir ki, İsveçrə banklarında olan Azərbaycan mənşəli şübhəli tarixçəli pullara amnistiya elan olunmalıdır: “Həmin pullara amnistiya verib şərt qoyulmalıdır ki, İsveçrə banklarından çıxarıb Azərbaycan iqtisadiyyatına yönəldilsin. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı düşünür ki, İsveçrə parlamentinin qəbul etdiyi qərarla Azərbaycanda korrupsiyaya qurşanmış məmur zümrəsinin qara günləri başlayır: “Böyük Britaniyada ”İzahedilməz Sərvət Sərəncamı"nı qəbul edib dərhal Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya tətbiq etməsi olduqca böyük bir korrupsiya sxemini ortaya qoydu. Məlum oldu ki, yarısı dövlətə məxsus bankı illərlə öz şəxsi cibləri kimi istifadə ediblər Azərbaycan Beynəlxalq Bankının 35 bank kartı əlində olan Zamirə Hacıyeva pulları Londonun bahalı alış-veriş mərkəzlərində qab-qacağa, bahalı çaxırlara, şəxsi təyyarə alışına, maşın, mənzil, mülklərə xərcləyib. Bu illərlə davam edib və kimsə Cahangir Hacıyevə dur deməyib. Ölkədən xaricə axan pullar isə milyardlarladır. İsveçrə bankının məlumatları dövlət qurumlarına verməsi yaxşıdır. Amma belə məlumatlar həm də geniş ictimaiyyət üçün açıq olmalıdır. Bilinməlidir ki, Azərbaycandan çıxan pullar hardadır, kimin adınadır. Adındakı hesabda milyonlar olan şəxsin Azərbaycanda bir çoban olması da üzə çıxa bilər. Zamirə Hacıyeva olayının bu dəfə İsveçrədə təkrar olunması ehtimalı da var". Baş redaktor deyir ki, qəbul olunmuş qərarın bir çox məmurların kürkünə birə salacağı şübhəsizdir: “Adamlar düşünürdülər ki, oğurlayacaqlar, xarici bankalara yığacaqlar və sonradan da sakit bir adada həyatlarını yaşayacaqlar. Azərbaycanda isə nə baş verəcəyi bu adamları heç düşündürməyib. Dünya sürətlə dəyişir. Artıq pulları təhlükəsiz İsveçrə banklarında gizlədə bilməyəcəklər. Azərbaycan insanının cibindən oğurlanmış pulları rahat yeyə bilməyəcəklər. Bu qərar enində-sonunda yenə də Azərbaycanın adına xələl gətirə də bilər. Ancaq bütün hallarda bu qərarın qəbul edilməsi müsbətdir”. Əvəz Zeynallı deyir ki, bu qərarla Azərbaycan xalqının üzərindən qazanılmış, mənbəyi korrupsiya olan pulların nə vaxtsa Azərbaycana qaytarılmasına zəmin yaradır. Xatırladaq ki, Böyük Britaniya ötən ilin sonlarında “İzahedilməmiş Sərvət Sərəncamı”nı qəbul edib. Bundan sonra Londonda yaşayan 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyevdən Milli Cinayət Agentliyinə Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına almalarına dair hesabat tələb olunub. Zamirə Hacıyevadan hesabat tələb etdiyi vaxtda onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda həbsdə idi. Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib. Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z.Hacıyeva çirkli pullar2ın yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılıb. 2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb. Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib. İsveçrə banklarında qara pullar yerləşdirən təkcə indiki məmurlar deyil. İddialara görə, İsveçrə banklarında AXCP sədri Əli Kərimlinin, sabiq spiker Rəsul Quliyevin də pulları var. Mətbuatda belə məlumatlar əksini tapıb ki, Əli Kərimlinin orada 2 milyon dolları var, hər ay onun faizini alır. Bu pulun mənbəyi dəqiq bilinməsə də, ehtimal edilir ki, Kərimli bu vəsaiti xarici donorlardan özünə yaxın QHT-lər vasitəsi ilə əldə edib... “Yeni Müsavat” Geri qayıt |