Əsas Səhifə > Gündəm, Manşet > Şəki Apellyasiya Məhkəməsində prosessual özbaşınalıq
Şəki Apellyasiya Məhkəməsində prosessual özbaşınalıq20-11-2019, 08:50 |
DİA.AZ: - "Şəki İnzibati-İqtisadi Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin Qarabağ əlilinə qarşı qərəzi davam edir. Hələ də, artıq 7 aydır əlilə DİN -ə qarşı iclas keçirilmədən qeyri-prosessual münasibətin nəticəsində mümkün sayılmayan iddiası üzrə (hakim İlqar Cabbarov ) apellyasiya instansiyası vəkil ayrılmasını və vəkilin şikayəti yazmasını təmin etməyib. Sözügedən apellyasiya instansiyasının İnzibati-İqtisadi Kollegiyası (İİK ) və sədri Gündüz Abbasov tərəflərə qarşı açıq şəkildə ayrı-seçkilik edərək, özünü cavabdeh dövlət qurumlarının vəkili kimi aparır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Təsəvvür edin, eyni binada apellyasiya instansiyası yerləşən otaqdan qonşu otağa iş 3 aydan sonra “çatıb”, kassasiya şikayəti vermək üçün vəkil ayrılması Vəkillər Kollegiyasına yox, İsmayıllı hüquq məsləhətxanasına həvalə olunub. Maraqlıdır, görəsən, Gündüz Abbasov və həmkarları bilmir ki, Ali Məhkəmə Bakıda -ölkənin baş şəhərində yerləşir? Yəqin, bilməmiş olmazlar, görünür, qərəz bunları elə həddə çatdırıb ki, Bakıda yaşayan yataq xəstəsi Qarabağ əlilini İsmayıllıya hələ də ayrılmayan vəkili “axtarmağa” yönəldiblər? Bu da qərəzin sonu deyil. Hakim İlqar Cabbarovun “hüquqi yardımı” ilə ƏƏSMN yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia qaldıran müharibə əlilinin ərizəsinin aidiyyatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (BİİM) göndərilməsi qərardadından (hakim İlqar Cabbarov ) apellyasiya şikayətini də Gündüz Abbasov və kolleqaları təmin etməyib və 7 aydır vəkil ayrılması , ayrılan vəkilin şikayəti yazması təmin olunmur. Başqa sözlə, işə 1 saylı BİİM -də baxılması haqqında qərardad qanuni qüvvəyə minmiş sayılaraq aidiyyatı üzrə də göndərilməyib. Bu özbaşınalığa, korrupsiya faktına nə Ədliyyə Nazirliyi, nə Məhkəmə Hüquq Şurası, nə də hüquq mühafizə orqanları - baş prokurorluq hüquqi qiymət verilməsini təmin etmədiyindən yeni -yeni qərəzli yanaşmalar davam edir. Ağsu RİH və digərlərinə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarovun (deyəsən sədr Vidadi Qasımovun “rotasiya maşını” meylini birdəfəlik bu hakimə salıb -M. B. ) tərəfləri çağırmadan, iclas belə keçirmədən əlilin iddiasını mümkün saymamasından şikayətə də üçcə nəfər üzvü olan kollegiyanın Gündüz Abbasovun sədri olduğu apellyasiya üçlüyü baxıb və təbii ki, qərardadı qüvvədə saxlayıb. Nə əlilin öncədən heyətə etirazına baxılıb, nə də qospitalda müalicədə olması nədəni ilə vəkil ayrılması haqqında ərizəsi təmin olunub. Gündüz Abbasov və kolleqaları yalnız kassasiya şikayəti vermək üçün vəkilin məcburi olduğunu qərara alıblar, məhkəmədə vəkilə ehtiyacı olan aztəminatlı şəxslərə onların istəyi ilə dövlət hesabına vəkil ayrılması haqqında qanunvericiliyin tələbini isə unudublar, daha doğrusu, qərəz onları unutqan edib. Heyətə etiraza gəldikdə isə, Şəki Apellyasiya Məhkəməsinin İİK-sında bircə heyət olduğundan etiraz başqa məhkəmədə baxılmağa göndərilməli idi. Nə isə, mövzudan uzaqlaşmayaq, 23 oktyabr 2019-cu il tarixli sözügedən qərardaddan kassasiya şikayəti vermək üçün on gün müddət nəzərdə tutulub, amma Gündüz Abbasov əlil iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması haqqında ərizəsinə baxılmasını 1 ay sonraya -27 noyabr 2019-cu ilə təyin edib! (?) Bu da növbəti qərəzli süründürməçilikdən özgə bir şey deyil. ... Hələ də hakim Rüfət Məcidovun icra başçısını “fiziki şəxs” sayan qərardadından apellyasiya şikayətinə baxılmasının vaxtı açıqlanmayıb. Məcburən Gündüz Abbasovun (axı başqa heyət yoxdur!) baxacağı şikayət üzrə yenə də vəkilin məcburi olmadığı bildiriləcəyini və etiraza baxılmadan şikayətin təmin olunmayacağını acı praktika ortaya qoyur". dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |