Əsas Səhifə > Gündəm, Manşet > "Biz heç kimdən qorxmuruq, çünki bizim Sahil Babayev kimi nazirimiz var..."

"Biz heç kimdən qorxmuruq, çünki bizim Sahil Babayev kimi nazirimiz var..."


21-11-2019, 08:21
"Biz heç kimdən qorxmuruq, çünki bizim Sahil Babayev kimi nazirimiz var..."
DİA.AZ: - "Hörmətli DİA.AZ saytı! Artıq başqa çarəm qalmadığı üçün sizə müraciət etmək qərarına gəldim.Bəlkə mənim müraciətimi Cənab İlham Əliyev və Mehriban xanım Əliyeva eşitdilər.Mənim şikayəti ƏƏSMN naziri Sahil Babayev və onun nazir təyin olunarkən özüylə yığıb gətirdiyi komandasının mənə etdiyi qanunsuzluqlar və verdiyi zülümlər barəsindədir.Çünki prezident İ.Əliyevin xalqa müraciəti məndə bir ümid işartısı yaratdı". Bu sözlər DİA.AZ-a ünvanlanan şikayət məktubunda yer alıb.

Narazı vətəndaş müraciətində belə davam edir: "Mən Dövlətova Mehriban Bəhlul qızı 1997 ci ildə ƏƏSMN Sabunçu rayon əhaliniSosiial təminat şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmişəm.2013 cü 2018 ci ilə kimi analıq məzuniyyətində olmuşam .2018ci ildə işə qayıtmaq üçün Nazirliyin kadrlar müdiri Nərmiin Bayramovaya yaxınlaşıb işə qayıtmaq üçün ərizəylə müraciət etdim .O isə mənə islahatlar gedərkən ştatımın ləğv olduğunu bildirdi.mən isə qanunda belə bir şey olmadığını bildirdim.N.Bayramova isə kobud şəkildə atavın evindən bura ştat gətirməmisən.Get hara istəyirsən şikayət elə.Biz heç kimdən qorxmuruq.Çünki bizim S.Babayev kimi nazirimiz var..

O vaxtdan mənim şikayət etmədiyim qurum qalmayıb.Hər dəfə mənə əvəzində sosial işçi vəzifəsi təklif olunur.Necə olur ki işlədiyim şöbədə hamı yerində qalıb bir mən ixtisara düşürəm?1il yarımdır məhkəməlrdə sürünürəm.hazırlıq iclaslarında hakimlər mənim tərəfimə danışır lakin məhkəmə günü nə müəmmadırsa hakimlər mənim iddiamı rədd edib onların xeyrinə qərar verir.mən hakimlərdən soruşandakıi əgər mən ixtisar olunmuşamsa nümayəndə ixtisar əmrin təqdim etsin lakin hakinlər mənim bu sualımın üstündən sükutla keçir.

Mənim öhdəmdə 2 az yaşlı övladım var .ehtiyac üzündən qızımı məktəbə göndərə bilmədim.Öğlum qan azlığından əziyyət çəkir.müalicə etdirməyə imkanım yoxdur.18 yaşı olduqda əsgəri xodmətə aparacaqlar.Belə olduğu halda mən necə oğlumu əsgəri xidmətə göndərim.?Artıq hər şeydən əlimi üzüb ölkə vətəndaşlığından imtina edib Avropa ölkələrinə miqrasiya etmək istəyirəm .Əgər oralarda məni qəbul etməsə övladlarımla burlikdə intihar etmək qərarına gəlmişəm.Çünki Azərbaycan kimi ölkədə bizim kimi kasıb ,arxasız insanların hər addım başı hüquqları tapdalanır və əzlilir.

Sonda Prezident İlham Əliyevdən haqq-ədalətin bərpa olunmasını xahiş edirəm".

İddia olunanlarla bağl dia-az.life olaraq bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt