Əsas Səhifə > Gündəm, Manşet > Keçmiş nazirlər parlament seçkilərinə hazırlaşır
Keçmiş nazirlər parlament seçkilərinə hazırlaşır28-11-2019, 09:02 |
2018-ci ildən sonra vəzifəsini itirən nazirlərin bir çoxu qarşıdan gələn parlament seçkilərinə qatılaraq, deputat mandate qazanmaq istəyirlər. Bu barədə JAMAZ.İNFO-ya müxtəlif mənbələrdən məlumat daxil olub. Həmin məlumata görə, seçkilərə start verildikdən sonra onlar da namizədliklərini irəli sürəcəklər. Mənbələr iddia edir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov Ucar rayonundan, keçmiş əmək və əhalinin müdafiəsi naziri Səlim Müslümov Ağsudan, Diaspora Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov isə Naxçıvandan nazmidəliyini irəli sürəcək. JAMAZ.İNFO-ya verilən məlumata görə, bir müddət əvvəl vəzifədən çıxarılmış başnazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun belə bir istəyə düşüb, düşmədiyi bəlli deyil. Lakin onların da proseslərin gedişatı fonunda belə bir addım ata biləcəyi istisna edilmir. Geri qayıt |