Əsas Səhifə > Gündəm, Manşet > Nazir Gəncə RAEİM-ni “yağışdan çıxarıb yağmura saldı”
Nazir Gəncə RAEİM-ni “yağışdan çıxarıb yağmura saldı”22-02-2020, 08:07 |
Bir neçə gün öncə kənd təsərrüfatı naziri İnam Kərimov, Gəncədə fəaliyyət göstərən Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Həsənalı Aslanovu daşıdığı vəzifəsindən azad etdi. Belə ki, bu şəxsə daşıdığı vəzifəsindən azad olunana kimi, daha çox isə ötən yay mövsümündə əldə olunan nə var idisə, məhz onları satıb mənimsəməsinə şərait yaradanlar bu dəfə də növbəti özbaşınalığa əl atdılar. O halda sual oluna bilər ki, görəsən hər kəsin Gəncə RAEİM-də baş verənlərdən məlumatı varmı? Yaxud da, korrupsiyalaşmış Kənd Təsərrüfatı nazırliyində “çetelər”in baş verməsinə kimlər “yaşıl işıq” yandırır? Bəs, Nazirliyin daxili nəzarət idarəsi hara baxır? Baş verən çoxsaylı hoqqaların varlığı səbəbindən belə qənaətə gəlmək olur ki, bu gün vaxtı çatmış məsələlərdən biri də, daxili nəzarət idarəsinin özünə nəzarət etməyin vaxtının çatmasıdır. Neçə il idi ki, mərkəzin sabiq direktoru Həsənalı Aslanov rəhbərlik etdiyi qurumun balansında olan 174 ha torpaq sahələrində yetişdirilən pambığı, günəbaxanı, taxılı, tərəvəzi, hətta ayrı-ayrı şəxslərlə hərhansı icarə müqaviləsi sənədi imzalamadan və razılaşdırılmış məbləğin qarşılığında icarəyə verdiyi torpaq sahələri ilə bağlı heç bir hesabat işi aparmadan əldə olunan gəlirləri, necə deyərlər çöldən-çölə mənimsəyirdi. Nəhayət ki, son anda o, daşıdığı vəzifəsinə “əlvida” deməli oldu. Həsənalı Aslanov daşıdığı vəzifəsindən uzaqlaşdırıldı, görəsən Gəncə RAEİM-nə kim direktor təyin olundu? Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, artıq bir neçə gündür ki, adı çəkilən quruma Cavanşir Bağırov adlı şəxs rəhbər təyin olunub. O halda sual oluna bilər ki, görəsən Cavanşir Bağırov kim olub? Tərəfimizdən bu şəxsin kim olması, əvvəllər hansı vəzifəni daşıması, ixtisas profilinin bugünkü vəzifəsinə uyğun gəlib-gəlməməsi və s. yöndə apardığımız araşdırmalar zamanı xeyli məlumatlar əldə etsək də, daha çox diqqəti cəlb edən halın varlığı isə, bu şəxslə bağlı 10 avqust 2015-ci tarixdə Baş Prokurorluğun rəsmi səhifəsində yayımlanmış məlumatların varlığı oldu. Belə ki, Cavanşir Bağırovla bağlı Baş Prokurorluğun rəsmi səhifəsində yayımlanmış məlumatları hər kəsin diqqətinə olduğu kimi təqdim edirik: Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilmişdir Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Maşın Sınaq Stansiyasının fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Araşdırmalar zamanı Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmələrində, bundan başqa müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqqları yazılması, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221.0 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf etməklə, dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. P.S. Görəsən nazir İnam Kərimov Gəncəbasarda fəaliyyət göstərən müəssisələrin əksəriyyətinin korrupsiyalaşmış fəaliyyətindən məlumatlıdırmı? Yəqin ki, bu əksər məsələ və problemlərin həlli ilə bağlı ünvanlanan sualların uzun müddət ərzində cavabsız qalmasından irəli gəlir. //gundemxeber.az// Geri qayıt |