Əsas Səhifə > Gündəm, Manşet > "Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..."

"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..."


24-02-2020, 08:28
"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..."
DİA.AZ: - Göyçay rayon Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən Kənd Təsərrüfatı Naziri Cənab İnam Kərimova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Nazir, bildiyiniz kimi ölkəyə satış məqsədi ilə gətirdiyimiz «Organika» maye üzvi gübrəni «Aqrolizinq»ASC-nin dərmanlar şöbəsinin Musa adlı işçisi, Qida Təhlükəsizliyi Agentliyi sədr müavini Balarəhim Quliyev və ondan çox rayon şöbəsinin müdiri öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bizi aldadaraq almış bu günə kimi pulunu ödəməmişlər. Bununla bağlı dəfələrlə sizə poçt vasitəsi ilə yazılı müraciətlər etmişəm. Eyni zamanda bir neçə dəfə Ağdaş və Oğuz rayonlarında şəxsən sizin qəbulunuzda olaraq sizə məlumat versəmdə bu günə kimi heç bir tədbir görməmisiniz. Fevralın 28-də Ucar şəhərində vətəndaşların səyyar qəbulunu keçirəcəksiniz. Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən. Bu mənim sizə son müraciətimdir. Çünki həyatımdanda bezmişəm. Sahibkarlıq fəaliyyətim sizin nazir kimi işlədiyiniz dövrdə rəhbərlik etdiyiniz nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən məhv edilərək elə bir vəziyyətə salınıb ki, evimə quru çörək ala bilmirəm. Ona görədə artıq uşaqlarımın üzünə baxa bilmirəm. Yuxarıda qeyd etdiyim kimi həyatımdanda bezmişəm. 28 fevral tarixinə kimi mənə nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən gübrənin pulu ödənilməsə qəbul zamanı üzərimə benzin tökərək özümə qəsd edəcəm.

Mənim ölməyimin səbəbkarlarını özüm qeyd edirəm ki, öldükdən sonra günahı olmayanları deyil, ölümümün səbəbkarları cəzalandırılsın. Ölümümün səbəbkarları: Gürcüstan Respublikasının "Bio Orqanic Georgiya LTD" şirkətinin əməkdaşı Oleg Tsirekidze, Bakı şəhər sakini Vasif Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə şöbəsinin müdürü Mikayıl Nuriyev, «Aqrolizinq»ASC-nin dərmanlar şöbəsinin işçisi Musa Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş işçisi Eldəniz Həsənov, «Aqrolizinq»ASC-də işləyən Vüsal Həsənov və həyat yoldaşı Əzizbəyli Aytən, Qida Təhlükəsizliyi İdarəsində rəis müavini vəzifəsində işləyən Balarəhim Quliyevdir və eyni zamanda «Aqrolizinq»ASC-nin Cəlilabad, Hacıqabul, Şəmkir, Neftçala, Lənkəran, Ağcəbədi, Şamaxı və Salyan rayon müdirləridir.

Mətbuat işçilərini bu haqda məlumatlandırmışam ki, mənim intihar etməyimi işıqlandırsınlar və bütün Azərbaycan xalqı bilsin ki, nazirlik əməktaşları vəzifələrindən sui-istifadə edərək sahibkarlıq fəaliyyətimi məhv ediblər. «Aqrolizinq»ASC-nin dərmanlar şöbəsinin Musa adlı işçisinin yenidən işinə qayıtması və ona himayədarlıq edən Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyev sizin tapşırıqlarınıza məhəl qoymur.

Eyni zamanda yuxarıda adlarını qeyd etdiyim Kənd Təsərrüfatı Nazirliyinin əməktaşları mənə dəymiş maddi ziyanın ödənilməsində maneçilik törətdiklərini dəfələrlə bildirsəmdə heç bir tədbir görülməyib.

Kənd Təsərrüfatı Nazirliyinin əməktaşları və Gürcüstan Respublikasının "Bio Orqanic Georgiya LTD" şirkətinin əməkdaşı Oleg Tsirekidze və Bakı şəhər sakini Vasif Məmmədov “Orqanika” adlı gübrəni qanunsuz olaraq ölkəmizə gətirərək, keyfiyyətsiz gübrələri sataraq mənim sahibkarlıq fəaliyyətimi məhv ediblər.

Cənab Nazir, Yuxarıda adlarını qeyd etdiyim şəxslər haqqında əlimdə «CD disk» şəklində faktlarda var".

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt