Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısının töhmət alması haqda sensasion iddia

İcra başçısının töhmət alması haqda sensasion iddia


6-05-2020, 10:28
İcra başçısının töhmət alması haqda sensasion iddia
İsmayıllı rayonuna yeni icra başçısı təyin edilən Nahid Bağırovun töhmət almasının səbəbləri haqda sensasion xəbər yayılıb.

dia-az.life məlumat verir ki, bu haqda xəbəri AFN.az saytı yayıb.

Xəbərdə bildirilir ki, N.Bağırov xüsusi karantin rejimi vaxtı yaylağa çıxdığına görə yox, Bakıya gəldiyinə görə töhmət alıbmış. Bildirilir ki, icra başçısı paytaxtdakı restoranların birində (Mərdəkandakı “Qalabazar” restoranında) saytlardan birinin baş redakdoru olan tanınmış jurnalistlə və iki xanımla nahar edirmiş.

Xüsusi karantin rejiminə təhkim olunmuş polis serjantı onların restoranda olduğunu bilib xəbərdarlıq etsə də, N.Bağırov özünü, jurnalist-baş redaktor isə vəsiqəsini təqdim edərək polisi ordan uzaqlaşdırıblar.

Xidmətçi polis isə bu durumu rəisinə, rəisi rəhbərliyə məruzə edib. Təbii ki, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Nəticədə 21 aprel 2020-ci il tarixli sərəncam verilib. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamda bildirilirdi: “İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib”.

Lakin sonradan yayılan məlumatda N.Bağırovun guya bir qrup sahibkarla İsmayıllının Qalacıq kəndinə getməsi bildirilirdi. Hətta bunu əks etdirən video da yayımlanmışdı. Lakin yuxarıdakı məlumatı verən mənbənin sözlərinə görə, həmin video və “səbəb” əsl səbəbi gizlətmək üçün ortaya atılıb.

Qeyd edilənlərlə bağlı sayt N.Bağırovun mövqeyini öyrənmək istəsə də, icra başçısı əvvəlcə iclasda olduğunu bildirib və sonra zənglərə cavab verməyib.

Geri qayıt