Əsas Səhifə > Gündəm, Manşet > Səfər Mehdiyevin adı YENİ QALMAQALDA

Səfər Mehdiyevin adı YENİ QALMAQALDA


8-05-2020, 09:41
Səfər Mehdiyevin adı YENİ QALMAQALDA
Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri, FƏTÖ lideri Fətullah Gülənin Azərbaycan üzrə nümayəndəsi Elnur Aslanov barəsində şok məlumatlar yayılıb. Bununla bağlı cumhuriyyet.az-n elektron poçtuna daxil olan məlumatda bildirilir ki, Azərbaycanda “nurçular”ın lideri hesab olunan Elnur Aslanovun yenidən hakimiyyətdə yüksək vəzifəyə təyin oluncağı vurğulanır. Bu haqda Türkiyənin “Twitter” fenomenlerinden olan “Üst Akıl Oyunları” (Üst Ağıl Oyunları) Azərbaycandakı FƏTÖ təhlükəsi ilə bağlı yazısında qeyd edir. Müəllif etibarlı qaynaqlara istinadən vurğulayır ki, 2014-cü ilin 17-25 dekabr olaylarından sonra Azərbaycan prezidenti tərəfindən vəzifəsindən alınan Elnur Aslanov yenidən yüksək dövlət postuna gətiriləcək.

Tvitlərdə FƏTÖ məktəbinin məzunu, sabiq deputat Ceyhun Osmanlının da artıq partiya sədri olaraq illərdir “qapandığı hücrədən” çıxdığı bildirilir. “Üst Akıl Oyunları”nın tvitlərəni cumhuriyyet.az olaraq oxucularımıza təqdim edirik:

“FETÖ yenidən Azərbaycanda boy göstərməyə başladı. Keçən il ölkədə həyata keçirilən kadr islhatlarından sonra, 2014-cü ildən bu yana hücrələrinə çəkilən FƏTÖ üzvləri yenidən “dirilməyə” başlayıb. Parlament seçkilərində uğur əldə edən Azərbaycan Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya İdarəsinin sabiq müdiri Elnur Aslanovun rəhbərlik etdiyi FƏTÖ üzvlərinin əsas heyəti yenidən böyük revanş axtarışındadır.

Səfər Mehdiyevin adı YENİ QALMAQALDA

Rəhbərlik etdiyi şəbəkədən müəyyən isimləri yenilikçi komandanın kvotasından Azərbaycan Parlamentinə daxil etməyi bacaran Elnur Aslanov, indi nazir olaraq vəzifə başına keçmək istəyindədir.

FƏTÖ məktəbinin məzunu, “sağ əli”, keçmiş millət vəkili Ceyhun Osmanlını Yaşıllar Hərəkatının rəhbəri kimi siyasətə daxil edən Aslanovun özü də yenidən dövlət vəzifəsində çalışmaq istəyir. İqtidarda yeni olan bəzi yetkililər Türkiyə-Azərbaycan əlaqələrinin həssaslığı məsələsində təəssüf ki, yetərincə duyarlı deyillər və sürətli şəkildə Ceyhun Osmanlının önünü açırlar. Elnur Aslanov, Ceyhun Osmanlı və Fərhad Məmmədov tez-tez-görüşərək, revanş planları hazırlayırlar.

2014-cü ildə Azərbaycan hakimiyyəti tərəfindən Pensilvaniyaya (Fətullah Gülənə – red.) göndərdiyi məktubu ifşa olunan və görəvindən alınan Elnur Aslanov yazırdı:

“Hazırda dövlətin ən yüksək qurumu olan Prezident Administrasiyasında çox önəmli bir vəzifəni icra etməkdəyəm. Bilmənizi və əmin olmanızı istəyirəm ki, Allahın bu aciz qulunun həyatı hizmət (xidmət) hərəkatımıza fəda edilmişdir.

Səfər Mehdiyevin adı YENİ QALMAQALDA

Hizmət hərəkatımıza könül vermiş dostlarımızın dövlət qurumlarında və dövlətə aid idarələrdə vəzifəyə alınması üçün hər cür dəstəyi verirəm. Bundan sonra da bu işdə bütün gücümlə qardaşlarımıza yardmçı olacağam. Türkiyədəki nailiyyətlərimiz Azərbaycandakı hizmət hərəkatına könül vermiş Azəri qardaşlarımızı xeyli qürurlandırmışdır. İndi daha böyük eşq və sevgi ilə çalışmaqdadırlar. İnanıram ki, Sizin sayənizdə Azərbaycanda hizmət fəaliyyətlərimizin əhatə dairəsini daha da genişləndirməyə və çox irəli götürməyə nail olacağıq.

Məlumat üçün cumhuriyyet.az bildirir ki, bu sətirləri yazan Elnur Aslanov vəzifədən azad edildikdən sonra Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri (2014-2016) təyin edildi. Daha sonra bu vəzifədən ayrılaraq, FƏTÖ-nün ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadakı biznesini idarə etdi.

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov vəzifəsindən azad edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının toplantılarına qatılan Elnur Aslanov istədiyi şəxslərin Milli Məclisdə təmsil olunmasını qismən bacardı. İndi isə özü nazir olmaq iddiasındadır və əvvəllər olduğu kimi yenidən gəncləri idarə etmək istəyir. Gənclər siyasətinə hakim olmaqla bərabər, iqtisadi sahəyə də əl atmağa çalışan Aslanov siyasi güc olaraq ölkədə önə çıxmaq niyyətindədir”.

Səfər Mehdiyevin adı YENİ QALMAQALDA

İlk baxışdan belə güman etmək olardı ki, 2016-cı ildə FƏTÖ şəbəkəsi çökdürüldüyündən, Azərbaycan Yaşıllar Hərəkatının (Partiyasının) tez bir zamanda ölkədə siyasi gücə çevrilməsi qeyri-mümkündür. Üstəlik, sözügedən partiyanın qurucularının vəzifədə olduqları dönəmdə dövlət əleyhinə çalışdıqlarını nəzərə aldıqda, bu təşkilatın fəaliyyətinin hakimiyyət üçün də arzuedilən olmadığını düşünmək olardı. Amma yenicə elan olunan və hələ rəsmi qeydiyyatdan keçməyən Azərbaycan Yaşıllar Hərəkatının (Partiyasının) rəhbərinin – Ceyhun Osmanlının bir neçə həftə əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən görüşə dəvət edilməsi, onunla siyasi müstəvidə danışıqlar aparılması cəmiyyətdə bir çox suallar doğurdu. Üstəlik, onu da ortaya qoydu ki, bu partiya heç də təsadüf nəticəsində yaranmayıb, əksinə Elnur Aslanov və Ceyhun Osmanlının rəhbərlik etdiyi şəbəkənin hələ də hakimiyyət daxilində himayədarları hələ də var…

Səfər Mehdiyevin adı YENİ QALMAQALDA

Son günlərdə cumhuriyyet.az olaraq əldə etdiyimiz informasiya bu gümanımızda yanılmadığımızı bir daha təsdiq edir. Belə ki, mötəbər mənbələrdən daxil olan bilgilərə görə, C.Osmanlının rəhbəri olduğu Azərbaycan Yaşıllar Hərəkatı (Partiyası) həqiqətən də hakimiyyətdə yüksək səlahiyyət sahibi olan məmurların biri tərəfindən himayə olunur. Bildirilir ki, bu partiya hazırda siyasi proseslərdə aktiv rol almasa da, FƏTÖ örgütünün gizlilik prinsiplərinə uyğun olaraq, qapalı formada təşkilatlanmaqdadır. O da iddia olunur ki, bütün bunlara paralel olaraq, Elnur Aslanlı və Ceyhun Osmanlı “cütlüyü” onları himayə edən nazirlərdən birinin dəstəyi ilə hakimiyyətə qayıtmağı düşünür. Mənbənin sözlərinə görə, bu plan çərçivəsində yaxında konkret olaraq Ceyhun Osmanlının ciddi bir vəzifəyə təyin olunacağı gözlənilir.

Xatırladaq ki, FƏTÖ üzvləri ilə əlaqədə ittiham olunaraq deputat mandatından məhrum edilən C.Osmanlı, sonradan təyin edildiyi Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru vəzifəsindən də eyni səbəbdən uzaqlaşdırılmışdı. Çünki fətullahçı bir şəxs bu universitetdə rəhbər vəzifə tutduğundan, ötən il Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) Odlar Yurdu Universitetini özünün “qara siyahı”sına salmışdı. Hansı ki, bunun nəticəsində Odlar Yurdunu bitirmiş tələbələrin Türkiyənin ali təhsil ocaqlarında təhsilini davam etdirməsi qeyri-mümkün idi. Bu səbəbdən də Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev FƏTÖ üzü olan prorektoru rəhbərlik etdiyi təhsil ocağından uzaqlaşdırmışdı.

Səfər Mehdiyevin adı YENİ QALMAQALDA

Maraqlıdır, Azərbaycan-Türkiyə münasibətlərin çox yüksək səviyyədə olduğu indiki dönəmdə Fətullahçı şəbəkə üzvlərinin yenidən yüksək vəzifələrə təyin olunması hansı maraqlardan qaynaqlanır? FƏTÖ tərəfdarlarının Azərbaycanda hakimiyyətə qaytarılması cəhdi qardaş ölkələr arasındakı münasibətləri korlamağa xidmət etmirmi? Bir halda ki, biz Odlar Yurdu Universitetinin prorektoru olduğu dönəmdə Ceyhun Osmanlının timsalında FƏTÖ üzvlərinə Türkiyənin münasibətinin necə olduğunu gördük, o zaman bu şəxsləri siyasi vəzifələrə daşımaq aşkar təxribat niyyəti güdmürmü? Güman edirik ki, bu və digər suallara çox yaxında cavab tapacağıq…

Cumhuriyyet.az

Redaksiyadan: Mövzuya qayıdacağıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt