Əsas Səhifə > Gündəm, Manşet > Nazirliyə «şapka» verən şirkətin QAZANDIĞI TENDERLƏR
Nazirliyə «şapka» verən şirkətin QAZANDIĞI TENDERLƏR14-05-2020, 09:06 |
Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin həbsi ilə nəticələnən DTX əməliyyatında nazirliyin bəzi tenderləri və bu tenderləri qazanan şirkət, eləcə də tenderlər zamanı verilən rüşvət halları haqqında da məlumat verilir. FED.az xəbər verir ki, əməliyyat öarədə açıqlanan məlumatlara görə, Binəqədi rayonu İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulma işləri üçün alınan 11 milyondan artıq vəsaitin təqribən 900 min manatı «şapka» kimi nazirliyə qaytarılıb. Qeyd edək ki, söhbət «Piramida-F.R» MMC şirkətindən gedir. Şirkət həmin tenderi 2018-ci ildə qazanıb və 2018-ci ilin 12 dekabrında şirkətlə nazirlik arasında müvayiq müqavilə bağlanıb. Şirkətin rəhbəri Şamxal Ağaşirinov bildirib ki, müqavilədə nəzərdə tutulan 11 milyon manat vəsaitin 6 milyon manatı «Piramida-F.R» MMC-yə ödənilib. Ondan ƏDV məbləğini çıxandan sonra qalan məbləğin 20%-i, təqribən 900 min manatı «otkat» kimi nazirliyə qaytarılıb. Müəssisə rəhbəri 11 milyon manatlıq məbləğin qalan hissəsinin taleyi ilə bağlı məlumat verməyib. FED.az-ın araşdırmasına görə, «Piramida-F.R» MMC dövlət tenderlərində aktiv iştirak edən şirkətdir. İndiyədək tkcə son iki ildə şirkət dövlət satınalmalarında irili-xırdalı 40 müqavilə udub. Onların əksəriyyəti və ən byöük məbləğləri Mədəniyyət Nazirliyinin qurumları ilə olub. Şirkətin tenderini udduğu qurumlar arasında Xətai rayon icra hakimiyyəti, Ədliyyə Nazirliyi, FHN, hətta Baş Prokurorluq da var. Geri qayıt |