Əsas Səhifə > Gündəm, Manşet > Əli Həsənov daha bir media rıçaqını itirir

Əli Həsənov daha bir media rıçaqını itirir


25-05-2020, 08:24
Əli Həsənov daha bir media rıçaqını itirir
Prezidentin keçmiş köməkçisi Əli Həsənov tutduğu vəzifədə azad ediləndən sonra onun nəzarətində olan əksər bəzi orqanlarının da bağlanmaq təhlükəsi yaranıb. Artıq bir neçə media orqanında maliyyə böhranı yaranıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda “Səs” qəzeti də faəliyyətini dayandıra bilər.

“Səs” qəzetinin 30 illik tarixi var. Bu qəzeti mərhum şair Eldar Baxış yaradıb. Kifayət qədər nüfuzlu olan qəzet sonradan öz reytini tamam itirib. Mediaya nəzarət Əli Həsənovun nəzarətinə keçəndən sonra "Səs" qəzeti yalnız media etikasına yaraşmayan, hətta jurnalistlərə qarşı materiallar dərc etməklə yadda qalıb.

"Səs" qəzetinin ictimai rəyə heç biri təsiri olmasa da, mediaya dövlət dəstəyi layihələrindən həmişə ilk olaraq bəhrələnib. “Səs” qəzeti Kütləvi İnformasiyalara Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərə ayırdığı maliyyədən tutmuş, jurnalistlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulan layihəyə və yazı müsabiqələrinə qədər bütün dövlət yardımlarından bəhrələnib.

İddia olunur ki, bu yardımlar əsasən Əli Həsənov, KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərov və qəzetin rəhbərliyi arasında bölüşdürülüb. Yəni faktiki olaraq “Səs” korrupsiya əməliyyatları üçün vasitəyə çevrilib. Əli Həsənovla Vüqar Səfərovun işdən çıxarılmasından sonra ictimai rəyə təsiri olmayan bir nəşrin saxlanılması məqəsəuyğun sayılmır.

Geri qayıt