Əsas Səhifə > Gündəm, Manşet > «MuğanBank» ASC-də qalıq borcları "balalayır"?
«MuğanBank» ASC-də qalıq borcları "balalayır"?2-06-2020, 08:39 |
DİA.AZ: - Ucar şəhəri Heydər Əliyev Prospekti, ev 87, mənzil 16-da yaşayan İsmayılzadə Akif Səlim oğlu DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaş yazır: "Mən ikinci qrup əliləm Heç bir yerdən əlavə gəlirim yoxdur. Ancaq aylıq 240 manat pensiya puluna möhtacam. Onunda bir hissəsini ölkənin sosial potensiyalını ağlar günə qoymuş acgöz bank məmurları sümürürlər. Əlbətdəki onlar bunu eyni səviyyədə olan İcra və Probasiya məmurlarının əliylə edirlər. Belə ki, hamı kimi məndə problemli kreditorçuların siyahısında idim. Ucar rayon İcra və Probasiya şöbəsinin 27.07.2018-ci il tarixli 684 saylı məktubunda göstərdiyi 588,09 manat qalıq borcunun ödənilməsi üçün DSMF-nin Ucar şöbəsi hər ay pensiyamdan 50,11 manat tutaraq «MuğanBank» ASC-n- köçürülür. Artıq mənim bu banka 01.03.2019-cu il tarixə qalıq borcum 237,32 manat qalmışdır. Həmin vaxt cənab Prezidentin problemli kreditlər barədə 28.02.2019-cu il tarixli məlum fərmanından sonra 01.03.2019-cu il tarixdən pensiyamdan pulun tutulması dayandırıldı və bir il möhlət verildi. Tam bir ildən sonra yəni 2020-ci ilin mart-aprel aylarından mənim pensiyamdan 60,18 manat (əvvəlkindən 10,07 manat çox) tutulmağa başlanıldı.Hansı ki, cənab Prezidentin məlum fərmanında göstərilir ki, bir il möhlətdən sonra qalıq borcları beş il ərzində ödənilsin. Ölkədə karantin rejimi olduğu üçün aidiyyatı qurumlarla əlaqə yarada bilmədim. Nəhayət ki, DSMF-nin Ucar rayonu üzrə şöbəsi 29.04.2020-ci il 20631213248 saylı məktubuyla müraciətimə cavab yazaraq bildirdi ki, Ucar rayon İcra və Probasiya şöbəsinin 20.02.2020-ci il tarixli 151/2020saylı məktubuna əsasən «MuğanBank» ASC-ə olan 313,16 manat qalıq borcu üstəgəl 20,00 manat rüsum puluna görə aylıq olaraq 60,18 manat olmaqla pensiyamdan tutulur. Hansı ki, yuxarıda qeyd etdiyim kimi cənab Prezidentin məlum fərmanına qədər mənim qalıq borcum 237, 32 manat qalmışdır. «MuğanBank» ASC-nin fikrinə görə bu qalıq borcum balalayır. Yoxsa mənim qalıq borcum naməlum səbəbdən 95, 84 manat şişirdilməzdi. Odur ki, mətbuat vasitəsi ilə aidiyyatı qurumlara,əsasəndə Mərkəzi Bankın sədri Elman Rustəmovdan və Ədliyyə Naziri Fikrət Məmmədovdan xahiş edirəm bu biabırçı özbaşınalığı edən şəxslərə qarşı hüquqi tədbir görsünlər.və bu qanusuzluqda günahı olan şəxslər layiqincə cəzalandırılsınlar. Əlbətdəki mənə hesablanan 95,84 manat pulun araşdırılıb silinməsi üçün lazımi göstəriş versinlər". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |