Əsas Səhifə > Gündəm, Manşet > Ucar sakini "Bandotdel"i öz rayonuna dəvət etdi və...
Ucar sakini "Bandotdel"i öz rayonuna dəvət etdi və...10-07-2020, 07:55 |
DİA.AZ: - Ucar rayonu Məlikballı kənd sakini Əzizov Əmiraslan Cəlil oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır: "Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirməsini eşidib çox sevindim. Çünki Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazıqumalq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Məmmədovda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə saxtakarlığına yol verərək cinayət əməli ilə məşğul olur.Bunu təsdiq edən konkret və mötəbər subutlar var. Belə ki, Ucar rayon Aqrar-İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 10 №-li qərarı ilə mənə, ailə üzvülərim arvadım Əzizova Naibə Zahid qızına, Əzizova Gülyanaq Əmiraslan qızına, Əzizov Tehran Əmiraslan oğluna, Əzizova Susanna Əmiraslan qızına və Əzizov Sehran Əmiraslan oğluna kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.53 hа torpaq sahəsi verilmişdir". Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Həmin 2.53 ha torpaq sahəsini və anam mərhum Əzizova Tutu Balağa qızına məxsus 0.45 ha torpaq sahəsini 2005-ci il tarixdə Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazıqumalq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Məmmədova 15 illik icarəyə vermişəm.Həmin vaxt dövlət aktlarının əslini Mehman Məmmədov məndən alıb özündə saxlamışdır.Torpağın 15 illik icarəsinə görə Mehman Məmmədov mənə 600 ABŞ dolları pul vermişdir.Aramızda şifahi razılaşma olmuşdur. 2020-ci ilin mart ayı tarixində icarənin müddəti bitdiyi üçün Mehman Məmmədovdan sənədlərin əslini və torpağı özümüzə qaytarmağı tələb etdikdə o bundan qanunsuz olaraq imtina etdi.Bildirdi ki, evində silah saxlayan kimi səni şərləyərəm. Qeyd edim ki, Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazıqumalq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Məmmədov bizim ailəyə və anama məxsus 3 hektar torpaq sahəsində 15 il ərzində yonca bitkisi əksədə vəzifə səlahiyyətlərindən sui-istifadə edib subsidiya almaq üçün sənəddə buğda kimi qeyd etdirmişdi.Bu cinayət əməlidir ki, sadə araşdırma aparılarsa subut olunacaq.Mehman Məmmədov subsidiya almaq üçün belə saxtakarlıqları çox edib. Xahiş edirəm Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazıqumalq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Məmmədovunda barəsində tədbirlər görsün.Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərdən biridə Mehman Məmmədovdur". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |