Əsas Səhifə > Gündəm, Manşet > Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?

Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?


5-08-2020, 09:19
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
DİA.AZ: - "Yazırsız kı gömrük əvvəllər də, elə indi də nazir və məmurların ac övladlarının “çörək yeri”dir. Bəlı, gömrük yeganə orqandır ki şəxsi heyətin böyük əksəriyyəti Səfər Mehdiyevin qohumlar,ı ya da kimlərinsə balalarıdır. Bunların da heç biri test üsulu ilə işə qəbul edilməyib. Bu orqanda işləmək üçün elə də böyük savad tələb olunmur. Bir şöbədə 1-2 işi bilən savadlı kadr bəs edir. Qalanları yük boşaltmağa gedir, yaxud da rəsmiləşdirmə şöbəsində “göz yaddaşıynan” düymələri basır. Unutmayın ki gömrükdə həqiqətən vicdanlı, çox savadlı təmiz zabitlər də var". DİA.AZ bildirir ki, bu sözlər "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluya, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərliyə və tanınmış vəkil Aslan İsmayılova ünvanlanmış bir müraciətdəndir.

Daha sonra dia-az.life-a göndərilən məqalədə bildirilir: "Adıçəkilən Qısa İdxal bəyannaməsini Səfər Mehdiyev “islahat” adı ilə qanun layihəsini yazdırdı və Gömrük məcəlləsində düzəlişə nail oldu. Qanun lahiyyəsi hazırlanan zaman mən dedim ki, “İş adamları 1500 manat verməkdənsə, yükü “vazvrat” geri aparıb (SDK 200 km – Biləsuvar 220 km) "neytralka"da iki saat gözləyib QİB verib geri gələcəklər. Bu sözümə görə məni işdən çıxarmaqla hədələdilər. Burada məqsəd nə olduğunu sonradan bildik. Xahiş edirəm, imkan varsa birinci aşağıdakı yazıları oxiyun... sonra qalan mətni:

http://www.dia-az.life/9/251689-sefer-mehdiyevin-gzl-qazanc-yer-azterminalkompleks.html

http://www.dia-az.life/9/245659-sefer-mehdiyev-qayini-zeynal-tarquluyeve-milyonluq-hediyyesi.html

Səfər Mefdiyevin gülməlı qərar lahiyyəsinə dair iki fakt, bir möcüzə yazacam.

Birincisi. Səfər Mehdiyev tapşırıq verdi ki Nazirlər Kabinetinin 305 saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi “ dəyişiklik edilməsinə dair Qərar lahiyyəsi hazırlansın:

1.hər bir sərhəddi kecən şəxs dərmanı 6 qutu gətirə bilər.
2. Bütün meyvələri cəkiyə bölmüşdülər.
3. Elektron ticarət qadağan edilmişdi.
4. Yazmışdılar ki 1blok siqarer 1 litr arax ancaq hava yoluynan gələn gətirə bilər.

Nazirlər Kabinetində şöbə rəisi Agadayı müəllimin yaninda iclas olub. İclasda Vergi əməkdaşları , Azərpoçtun əməkdaşları, Ədliyyə Nazirlıyinin əməkdaşı və Gömrük Komitəsinin əməkdaşları iştirak edib. Suallar yaranıb. Əgər Xaricdə mənə həkim 7 qutu dərman yazsa, birini əlimdən alacaqsız?? Meyvələri ölçmək ücün mütləq sərhəddəki inspektorlara tərəzi vermək lazımdı??? İki qardaş Rusiyadan vətənə gəlir, ikmkansız avtobusla gəlir - imkanlı təyyarə ilə... İmkanlıya bir blok siqaret olar, imkansıza olmaz?? İclasın sonunda Ağadayı müəllim deyib ki, mən və mənim ailəm bütün geyimi ucuz qiymətə xaricdən elektron alırıq. Bütün dünya elektron ticarətə keçir, siz də ləğv edilməsinə dair qərar layihəsi göndərmisiniz. (Çox sag olsun). Gömrük Komitəsindən Qərar layihəsinin müdafiəsinə General Mirqasım Vahabov, Polkovnik Sənan Muxtarov getmişdilər.

Əgər qərar layihəsi qəbul edilsəydi, çox gülməli vəziyyət yaranacaqdı.

İkincisi.
Gömrük komitəsi NK 263 saylı qərarının 14-cü bəndinə düzəlişə dair qərar layihyəsində yazmışdır ki, Gömrük bəyannaməsi ləğv edilə bilər. Deməlı 100000 manatlıq mal gətir 36% yəni 36000 manat vergi ver. Sonra da Gömrüknən danış bəyannaməni ləğv edilsin. Bəyannamə ləgv edildiyi anda GB Vergilər Nazirliyinin Statistika komitəsinin və digər qurumlarin bazasından silinir, avtomatik olaraq Vergilər Nazirliyinə hec bir mənfəət vergisi ödəmirsən və Gömrük komitəsinə ödədiyin 36000 manat vergini geri qaytarmalıdı, yaxud da avans kimi qalır gömrükdə. Çox gözəl və mədəni kantrabandadır.

Bu qərar lahiyyəsi isə Vergilər Nazirliyi tərəfindən dayandirildi ki Vergi Məcəlləsinin 89.1 maddəsinə əsasən sənədsiz mal aşkar edildikdə birinci dəfə 10% ikinci dəfə 20% cərimə edilməlidir.

Bunların xəbərləri yoxdu ki, Gömrük Məcəlləsində 153-cü maddə var: bəyannamə ləğv edilə bilməz (maddə153.3. Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz). Bunlar məcəllədən əlavə 263 saylı NK Qərarına dəyişiklik lahiyyəsi hazirlayıblar kı düzəlış edilsin, Hüquq idarəsinin rəisi Sənan Muxtarov da imza atıb.

Ücüncüsü. Vergi Məcəlləsinin 164.1 maddəsində yazılıb kı İxrac istisna olmaqla xidmət haqqından ƏDV tutulmur. Eləcə də Nazirlər Kabinetinin Qərarı “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası” 96 nömrəli 7 may 2012 tarixli.

Maddə 3.3. Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini –“D”, aksiz vergisini – “A”, gömrük rüsumlarını – “R”, qüvvədə olan vergi dərəcəsini isə - “V” hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaqdır: ƏDV = (D + A + R) x V/100

Nazirlər Kabinetinin qərarında çox gözəl acıqlama verilib, hətta düstur formasinda yazılıb.

Hesablama Palatası Aksizli Mallarla Baş gömrük İdarəsində yoxlama aparıb aşkar edib ki, Gömrük Komitəsi qanunsuz olaraq idxalda xidmək haqqindan ƏDV tutur. Gömrük komitəsi Hesablama palatasının yoxlama AKT-nı qəbul eləmir. (bütün bu yazışmalar tam məxfi olsa da, sürətini əlavə edirəm -müəllif)

Hesablama Palatasının sədri Azərbaycan Respublikasının Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi və şöbə rəisi cənab Natiq Əmorova iki vərəqdən ibarət məktub yazır ki, Gömrük Komitəsində qanundan kənarlaşma halı aşkar edilmişdir. Qeyd edilən məsələ qanunvericiliklə dəqiq tənzimlənməsinə baxmayaraq Gömrük Komitəsi qanunvericilikdə dəyişiklik tələb edir. Hətta cədvəl düzəldərək bu kimi halların Respublikada qiymət artımını cədvəldə izah edir. (19102201049 saylı 16 sentyabr 2019 tarixli)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Samir Nuruyev Baş Nazir cənab Əli Əsədova məktub yazır kı “gömrük qanunvericiliyinə rıayət edilməsi vəziyyətinin auditi zamanı aşkar edilən kənarlaşma barədə Palatanın məktubu baxılması ücün Sizə göndərilir. (2/1246 saylı 02 noyabr 2019 tarixli)

Cənab Baş Nazir Əli Əsədov Gömrük Komitəsinə rəsmi məktub yazır kı, qanundan kənarlaşma aradan qaldırılsın. Səfər Mehdiyev yenə öz bildiyində qalır kı biz ƏDV-ni büdcəyə ödəyirik və gülməli cavab yazır. (100-120/001-21/024947 saylı 19 noyabr 2019 tarixli)

Deməli, Vergi Məcəlləsi deyir ƏDV, xidmət haqqı tutulmur. NK Qəraqında deyilir tutulmasın. Audit palata yoxlama AKT yazır ki qanundan kənarlaşma var tutulmasın. Ali Hakimiyyətin rəhbər işçilərinə rəsmi məktub yazılır kı qanunsuz ƏDV tutulmasın. Yenə Səfər Mehdiyev öz bildiyini edir, əvvəlki qaydada xidmət haqqından ƏDV hesablayır.

Gömrük Komitəsi NK 96 saylı Qərarında yazılan düstüra özündən düzəliş edib. ƏDV = (D + A + R+X/H) x V/100

Hörmətli Nigar Köcərli və Şahbaz Xuduoğlu! Vergi məcəlləsini, Nazirlər Kabinetinin qərarını bu adam qəbul etmir. Hesablama Palatasının çıxardığı səhvləri qəbul etmir, Ali rəhbərliyin məktublarını nəzərə almır. Siz hansı islahatdan danışırsız. Səfər Mehdiyev “islahat” adıyla bütün vicdanlı, təmiz, gözü tox, sözü düz deyən kadrları işdən çıxardı və öz qohumlarını yerləşdirdi.

Gömrük Komitəsində Səfər Mehdiyevin qohumlarından ibarət elə bir biabırçı kadr yığıblar kı, onlara qanun başa salmaq çox cətindir. İş adamlararının xeyrinə bir söz deyən kimi, yaxud sənədləşməni tezləşdirən kimi deyillər ki “sənin nə marağın var iş adamına kömək edirsən”...

Səfər Mehdiyevin bu “islahatçı” komandası onlardan əvvəlki onsuz da sayca az olan vicdanlı, təmiz, qanunlara hörmət edən Gömrük əməkdaşlarına “xalq düşməni” kimi baxırlar. Səfər Mehdiyevin xalası oğlu “Qırmızı körpü” gömrük postunun rəisi Vüsal Nuruyev xidmət etdiyi iş yerindən kənar yerdə - Bakı Novxanı yolunda xidməti avtomobillə adam vurub öıdürdü. Baş Prokurorluqdan təqdimat gəldi, xalası oğlu olduğuna görə töhmət verdilər. Amma başqa gömrük əməkdaşı işə gecikəndə işdən qovallar.

Hörmətli Şahbaz müəllım və Nigar xanım! Siz ildə 1-2 dəfə gəlib belə biabirçılıq görürsünüz, dözə bilmirsiniz. Bəs biz belə qohumbazlıq, tayfabazlıq, “islahatçı” kollektivlə və dözülməz qanunsuzluqla hər gün 9 saat necə işləyə bilirik????"

Yazıda iddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI NECƏ GEDİR?


Geri qayıt