Əsas Səhifə > Gündəm, Manşet > "AZAL "ölən dirilmir" prinsipi ilə işləyir..."

"AZAL "ölən dirilmir" prinsipi ilə işləyir..."


20-08-2020, 08:38
"AZAL "ölən dirilmir" prinsipi ilə işləyir..."
DİA.AZ: - "Martın 18-nə Bakı-Moskva reysi üçün 3 ədəd bilet almışdım və 28.000 rubl (700 manat) pul ödəmişdim. Artıq 5 aydır ki..." DİA.AZ bildirir ki, bu sözləri Bakı sakini Rüstəm Rüstəmov "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşıb.

"AZAL "ölən dirilmir" prinsipi ilə işləyir..."

Daha sonra narazı vətəndaş yazır: "5 aydır ki, Azərbaycan Hava Yolları mənim pulumu geri qaytarmır. Yəni buna nə ad vermək olar?

Artıq 3-cü gündür yazdığım ismarıcı cavablamırlar. Zəng etdim və 34 dəqiqə zəngimə cavab verən olmadı. Belə çıxır ki, AZAL "Ölən dirilmir" prinsipi ilə işləyir..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt