Əsas Səhifə > Gündəm, Manşet > Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir
Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir18-09-2020, 09:41 |
Göygöl rayonunun mərkəzində yerləşən "qonaq evi"ndə naməlum daşınma və söküntü işləri başlayıb. Dövlət mülkiyyətinə aid ərazidə hansı işlərin aparıldığına dair məlumatsızlıq yerli sakinlərdə dedi-qodular yaradıb. Bir çoxları hesab edir ki, hələ illər əvvəl sabiq icra başçısı Əli Mustafayev tərəfindən qanunsuz satılaraq sonradan sabiq icra başçısı Vilyam Hacıyevin təkidilə yerli mülkiyyətə qayıdan əmlakın yenidən satılması üçün hazırlıq işlərinə başlanılıb. "Demokratik.Az"-ın məlumatına görə, bir neçə gün öncə sakinlərdən birinin lentə aldığı videogörüntüdən aydın olur ki, böyük bir çən kranla çıxarılaraq evakuatora yerləşdirilir və harasa aparılır. Bundan başqa, gecə saatlarında da hansısa naməlum maşınların içəriyə daxil olaraq nələrisə daşımasına dair iddialar var. Məlumata görə, "Qonaq ev"i hazırda icra hakimiyyətinin başçısı vəzifəsini yürüdən Turani Əliyevin vasitəsilə özgəninkiləşdirilə, oliqarxlaşmış hansısa şəxsin xüsusi mülkiyyətinə verilə bilər. (mövzunu araşdırıb əlavə məlumat verəcəyik) Demokratik.Az Geri qayıt |