Əsas Səhifə > Gündəm, Manşet > Zərdabda başçının qəbuluna niyə gedən olmur?
Zərdabda başçının qəbuluna niyə gedən olmur?10-11-2020, 09:03 |
Bir qrup Zərdab rayon sakinləri tərəfindən şikayət daxil olub. Həmin şikayət ərizəsiniz olduğu kimi təqdim edirik: "Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən indiyə qədər heç bir vətəndaşın problemin həl etməyib. Zərdabda iki küçəni asfaltlayıb özünü təriflətdirməklə işini bitmiş hesab edir. Ancaq gəlib Zərdabın başqa küçələrinə baxan olsa, Mərdan Camalovun yalanları üzə çıxacaq. İki mərkəzi küçə asfaltlanıb, qalan küçələrin yolları, səkiləri dağılıb, küçələr zibillik içindədir. Biz bu barədə Mərdan Camalovun qəbulunda olub dəfələrlə desək də, əhəmiyyət verməyib. Zərdab “Komxoz” İdarəsində 200 nəfərə yaxın işçi var, ancaq küçələr vaxtlı-vaxtında zibildən təmizlənmir, ağaclar baxımsızlıqdan quruyur. Mərdan Camalov vətəndaşları virtual qəbul edib, onlarla kobud rəftar edir deyə, ikinci dəfə onun qəbuluna düşmək istəyən yoxdur. Mərdan Camalov təyin olunduğu ilk vaxtlarda icra hakimiyyətində komissiya yaratdı ki, kəndlərdə vəzifəli və imkanlı şəxslər tərəfindən zəbt edilmiş örüş torpaqlarını boşaltdırıb camaatın istifadəsinə verəcək. Ancaq həmin komissiya indiyə qədər heç bir iş görə bilmədi. Çünki kəndlərdə örüş torpaqlarını zəbt etmiş vəzifəli və imkanlı şəxslər Mərdan Camalovu pulla razı sala bildilər deyə komissiya öz işini dayandırmalı oldu.Sən demə, bu komisiya Mərdan Camalova pul qazandırmaq üçün yaradılıbmış. Zərdab rayonunda minlərlə hektar örüş sahələri qanunsuz olaraq zəbt edilərək əkilmişdir. Biz zərdablıların bir ümüd yerimiz prezident cənab İlham Əliyevdir". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |