Əsas Səhifə > Gündəm, Manşet > Hacı Zeynalabdin nümayəndəsinin "sol əli” də dövlətə meydan oxuyur:
Hacı Zeynalabdin nümayəndəsinin "sol əli” də dövlətə meydan oxuyur:16-11-2020, 09:02 |
DİA.AZ: - Hal-hazırda ölkəmizdə tətbiq edilən hərbi vəziyyət rejiminin və koronavirus infeksiyanın mövcudluğuna qarşı ciddi mübarizə tədbirlərinin aparılması səbəbindən, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsindəki bələdiyyədə yaşananlar yenə də dillər əzbərinə çevrilməkdədir. 15 ildən artıq Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləyən Hacıyev Elton şikayətini davam etdirir. Vətəndaş DİA.AZ saytına bu dəfə də qəsəbə bələdiyyəsinin sədri və baş mühasibinin laqeyd münasibətindən şikayət ünvanlayıb. Şikayətçi deyir ki, bir ildir 3 illik pensiya köçürmələri yoxa çıxanlar bərpa olunmayıb: "2019-cu ilin oktyabr ayında məlum olmuşdur ki, 2014-2016 illər üzrə Məcburi dövlət sosial sığorta olunanlar haqqında məlumatlar sistemə daxil edilməmişdir. Bu məsələ ilə bağlı araşdırmaların aparılması üçün Sumqayıt Regional Ədliyyə İdarəsi və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə xahiş etmişdim. İyun ayından bu günə kimi bu qurumlar məni get-gələ salaraq, problemini həll etməkdən boyun qaçırırlar. Bəs indi görəsən bu bələdiyyə sədrinin arxasında kimlər belə böyük qüvəllər durur ki, heç kəs nə bu məsələ ilə bağlı tədbir görmür? Ancaq hər dəfə Sumqayıt Regional Ədliyyə İdarəsini yola verən Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova və baş mühasib Teyyub Novruzov min cür bəhanələr gətirir. Başa düşə bilmirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi nəyə lazımdır? Hər işə prezident baxmalıdır? Əgər onlara həvalə olunan işin öhtəsindən gələ bilmir və yaxud Hacı Zeynalabdin Bələdiyyəsinin sədrinin havadarından çəkinilər və ya "qorxular", onda işdən çıxmaq üçün ərizə yazıb azad olunsunlar. Mənə də rəsmi olaraq bələdiyyədən cavab verilib ki, guya yaxın günlərdə bu məsələ öz müsbət həllini tapacaqdır. Aylardır ki, bu məsələ həllini tapmıyıbsa, indi neçə tapacaq (gülür-red)?". Şikayətçinin sözlərinə görə, Hacı Zeynalabdin qəsəbədə 5 il yaşamayaraq saxta yolu ilə bələdiyyə sədri seçilən Əsli Qasımova Nofəl qızı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyevanın keşmiş katibəsi və yaxın adamıdır. Buna görə də "sədr" arxayınlaşıb. İndiki halda isə Hacı Zeynalabdin bələdiyyəsinin sədri və baş mühasibi keçmiş işçisinə dəymiş ziyanın ödənilməsindən imtina cəsarəti göstərir, onu get-gələ salaraq, problemini həll etməkdən boyun qaçırır. Bələdiyyə həm də işçisi qarşısında öhdəliyini yerinə yetirməməklə, özünə hüquqi məsuliyyət yaradan davranışa yol verir. Başqa sözlə desək, Bələdiyyə sədri Əsli Qasımova və baş mühasibi Teyyub Novruzov prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın vətandaşların problemlərinə necə yüksək həssaslıqla yanaşdıqlarını da gözardı edərək, faktik surətdə dövlətə meydan oxuyur. Qeyd edək ki, bu Hacı Zeynalabdin Bələdiyyəsinin sədri ilə bağlı “google” sosial şəbəkəsində xeyli şikayət xəbərləri var. Geri qayıt |