Əsas Səhifə > Gündəm, Manşet > Səfər Mehdiyev SƏFƏRBƏRLİKDƏN KƏNARDA...
Səfər Mehdiyev SƏFƏRBƏRLİKDƏN KƏNARDA...20-11-2020, 09:16 |
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulur. Bu barədə DİA.AZ-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Xatırladaq ki, belə bir niyyət əvvəlindən də var idi, lakin sonradan DGK ləğv edilmədi, rəhbər dəyişikliyinə uğradı. Aydın Əlityevdən sonra bu quruma başçı gətirilən Səfər Mehdiyev isə işində kifayət qədər peşəkarlıq nümayiş etdirə bilməməklə yanaşı, ona olan ümidləri də darmadağın etdi ki, bu da DGK-nın yenidən bir qurum kimi ləğvini aktuallaşdırıb. Məlumatlı mənbə DİA.AZ-a bildirib ki, DGK-nın ləğv edilməsi ilə bağlı prezident fərmanı artıq hazırdır və yaxın günlərdə elan ediləcək. Gömrük sisteminin həddən artıq korrupsiyalaşması, o biri tərəfdənsə neft gəlirlərinin azalması fonunda iqtisadiyyatın liberallaşdırılmasına zərurətin ortaya çıxması, habelə Vətən Müharibəsi səbəbindən əlavə qaynaqlara ehtiyacların yaranması gömrük xidmətinin indiki strukturunun ləğvi və yenidən qurulmasını qaçılmaz edir. DİA.AZ xatırladır ki, zamanında Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev gömrük yüklərinin bəyan edilməsinin ASAN xidmətə verilməsi layihəsinin mövcud olduğunu bildirmişdi. DİA.AZ-a daxil olan son informasiyalara görə isə özünü 44 günlük müharibədə belə layiqincə apara bilməyən Səfər Mehdiyevə qarşı "yuxarıların" münasibəti qətidir. Bu barədə danışan mənbənin söylədikləri: "Səfər Mehdiyevin adı nəinki orduya yardımda hallanmadı, hətta ona aid olan şirkətlər belə bu müharibə dövründə ortalıqda görünmədilər. Təbii ki, bütün Azərbaycanın səfərbər olduğu müqəddəs bir amal uğrunda baş verən proseslərdən Səfər Mehdiyevin yaxasını kənara çəkməsi onun özünü bu dövlətdən ayrı hiss etməsi kimi dəyərləndirilə bilər və belə də olub. Əgər bu adam özünü dövlətdən ayrı hiss edirsə, dövlət də onu özündən aralı tutmlaıdır ki, yaxın günlərdə məhz bu məsələnin yekun həlli gözlənilir. Yəni DGK birdəfəlik ləğv olunmalı, daha mütərəqqi idarəçilik yaradılmalıdır ki, Səfər Mehdiyev kimi kadrlar belə ümumi prosesə əngəl ola bilməsinlər..." Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |