Əsas Səhifə > Gündəm, Manşet > "Bu ağır dövrdə bazar açıblar..."
"Bu ağır dövrdə bazar açıblar..."23-11-2020, 09:41 |
DİA.AZ: - "Şikayətim 20 yanvar ərazisində yerləşən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasındandir". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Royal Lələyev sosial şəbəkədəki statusunda yazıb. Daha sonra narazı vətəndaş bildirir: "Adı, özü guya Dövlət Xəstəxanasıdır. Xəstəmiz var burda, artıq 5-ci gündür ki burdadır. Bu gün yenə gəlmişik bura xəstəmizi görək. Lakin özünü "mühafizə" adlandiran şəxs bizi icəri buraxmağa 5 Azn pul istəyir. Tibb işçiləri, "sanitarka"lar hər biri 5 Azn-dən istəyir. 4 tibb bacısı, 1 mühafizə... 25 Azn verməliyəm ki, 10 dəqiqə xəstəmizi görəm. Nəyə görə belə olmalıdır?! Zatən, bu 5 gündə 400-Azn dən çox xərcimiz çixib bu dövlət xəstəxanasına. Hara baxır aidiyyatı qrumlar, Səhiyyə Nazirliyi... bilmirəm. Qısası BAZAR açiblar burda. İnsanlarin bu çətin - Müharibə dövründə, Covid-lə mübarizə etdiyi bir vaxtda bu insafsizliq yolverilməzdir. Onlarla insanlar var və hamısı çöldə qapıda gözləyir... pul tələb edənlərin əlindən..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |