Əsas Səhifə > Gündəm, Manşet > Gömrükdəki limit vətəndaşı çətin duruma salır...
Gömrükdəki limit vətəndaşı çətin duruma salır...27-11-2020, 09:11 |
DİA.AZ: - "Şikayətim "Dynamex kargo" şirkətindəndir. Bir müddətdir ki tanıdıq birinin hesabından verilən sifarişlər mənim adıma gəlirdi". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Aytəkin Həsənova şikayətində qeyd edir. Daha sonra narazı vətəndaş yazır: "Bu barədə şirkətin əməkdaşlarına bildirsəm də (noyabr ayının əvvəlindən), hər dəfə "araşdırıb sabah sizə məlumat verəcəyik" deyərək məni yola verdilər. Mən də öz adima gələn sifariş məbləğini nəzərə alaraq yenidən bir neçə sifariş etdim. 2 gün öncə öyrənirəm ki, 300 $ limitini aşmışam sırf mənim adıma gələn başqasının sifarişlərinə görə və malım gömrükdə saxlanılıb. Bu barədə şirkətə yenidən bildirdim və mənə bildirdilər ki digər müştəri sifarişi zamanı adres yerinə sən demə mənim müştəri kodumu yazıb deyə məsuliyyət daşımırlar. Yaxşı, bəs bunda mənim günahım nədir? Öncədən yola verməyib məlumatlandırsaydılar olmazdımı ki? Niyə məsuliyyətsizliklərini qəbul etmək istəmirlər və hər dəfəsində özlərini haqlı çıxarmaq üçün bəhanələr gətirirlər?Ayıb olsun!" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |