Əsas Səhifə > Gündəm, Manşet > Nazirlik bu iddianı araşdırmalıdır...

Nazirlik bu iddianı araşdırmalıdır...


5-12-2020, 09:47
Nazirlik bu iddianı araşdırmalıdır...
Məlum olduğu kimi, 09 oktyabr 2020-ci il tarixdə “Aktualxeber.az” saytında dərc edilən “Təqaüdçü direktorun müasir korrupsiya metodları” sərlöhvhəli məqalədə Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanovanın qanunsuz əməlləri barədə yazmışdıq. Amma deyəsən “daydayı” güclü olduğu üçün hələ də “gözün üstə qaşın var” deyilməyən Q.Sultanova müqəddəs qanunlarımızı tapdalamaqdan həzz alırmışcasına özbaşınalıqlardan əl çəkmək fikdrində deyil. Çünki daha böyük böyük şövqlə qanunsuz əməllərinə dava edir.
Belə ki, məktəb rəhbərinin yeni korrupsiya metodu bu dəfə cəbhəyə, əsgərlərə pul yığılmaq adı ilə başladığı yalançı və məkrli kampaniyadan ibarətdir.Çoxsaylı şikayətlərdə onun orduya dəstək üçün hər müəllimdən 100 manat pul məbləği tələb etməsi və müəllimlərin buna məcbur edilməsi qeyd olunur. Bu çətin, ağır və həssas dönəmdə müəllimlərdən yığılan məbləğ nəzərdə tutulan pul miqdarından aşağı olanda qəbul edilmir, əksinə, müəllimlər “Onsuz da pandemiyada evdə qalıb dövlətdən havayı maaş alırsınız…” ittihamı ilə qarşılaşırlar. Hər halda söhbət əsgərlərdən yardımdan gedirsə, təbii ki, hər bir vətəndaş olaraq məktəbin müəllimləri bu kampaniyadan kənarda qalmırlar. Lakin əldə olunmuş dəqiq məlumata görə, Q.Sultanova bu pulları özü mənimsəyib. Yəni konkret olaraq 144 saylı tam orta məktəbdə çalışan 50 müəllimdən yığılan 5 min manat vəsaitdən cəmi-cümlətani 1700 manat pul əsgərlərə xərclənib.
Sual doğuran məqamlardan biri odur ki, həmin yığılan pullar hansı hesaba və nə məqsədlə köçürülüb? Köçürülmə barədə hər hansısa bir hüqquqi əsas, hesabat və yaxud qəbz varmı? Torpağın altında bu qədər şəhidi uyuyan bir ölkənin üstündə bu oyunları qurmaq yatmış vicdanları sızlatmırmı ?
Onu da xatırladaq ki, son dəfə ictimailəşən məlum şikayətlərdən sonra məktəbə “yoxlama”adı ilə gələn BŞTİ-nin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədov Qənirə Sultanova ilə “müəyyən əsaslarla” razılığa gəliblər ki, nəticə etibarilə onun bütün qanunsuz əməllərinə göz yumulub…
“Yoxlama” dan öncə məlum şikayətlərdə adları hallanan işçilər həmin şikayətlərdən imtina məzmununda akt yazmağa məcbur ediliblər. Əməkdaşlar tərəfindən məktəbin və müəllimlərin lazımı sənəd işləri də “yoxlanılıb”, vacib sənədlərin yerində və düzgün olmaması dəfələrlə qeydə alınsa da “ Bu dəfə güzəşt edirik” deyilərək, Q.Sultanovaya formal, adi bir “töhmət” verilib.
Bu barədə “Aktualxeber.az”a məlumat verən mənbə onu da bildirib ki, məlum təqaüdçü direktorun haqqında edilən şikayətlərə lazımi formada baxılmazsa, düzgün ölçü götürülməzsə növbəti dəfə daha real faktlara əsaslanan videogörüntülər daha geniş formada yayımlanacaq, ictimailəşdiriləcək və bu barədə daha yuxarı instansiyalara, inzibati orqanlara müraciət ediləcək.
Məktəb təhsilin ocağıdır, rüşvətin yox!
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
//Aktualxeber.az//
Geri qayıt