Əsas Səhifə > Gündəm, Manşet > Şəmkirdə qoçuluq edən kimdir?
Şəmkirdə qoçuluq edən kimdir?16-02-2021, 09:07 |
Uzun müddətdir Şəmkirin İcra Hakimiyyətinin rəhbəri Alimpaşa Məmmədovun “fəaliyyəti” ilə bağlı, əslində fəaliyyətsizliyi ilə bağlı haqqsızlığa məruz qalmış müxtəlif şəxslər tərəfindən üst dövlət instansiyalarına və qurumlarına çoxlu sayda əsaslı və həqiqəti əks etdirən şikayətlər göndərilir. Nə bu şikayətlərə baxan var, nədə ki, nəzərə alan. Hətta vəziyyət bu hala gəlib ki, Alimpaşa Məmmədovun yerli kənd və qəsəbə ağaları bələdiyyə mülkiyyətinin balansında olan torpaqları öz dədə mülkləri və istədikləri kimi bölgü aparır, öz qardaşlarının, yaxınlarının istifadəsinə verir və yaxudda satıb dağıdırlar. Hətta qeyd edim ki, elə bələdiyyələr var gələcəkdə istifadəyə yararlı bir qarış belə torpaq tapılmayacaq onların ərazisində. “Dərə xəlvət-tülkü bəy”, sat-dağıt, bu gün burdayam, sabah başqa yerdə, nə soran və nə sorğulayan, təki mənim cibim dolsun, öləndən, sürünəndən bizə nə prinsipi işləyir sadəcə. Bütün bunlara müvafiq olaraq Şəmkirin Ağlavaşlı kəndindən bir qrup müharibə veteranı uzun müddətdir mənə zəng edir ki, onlara kömək edim, Bələdiyyə mülkiyyəti olan torpaqlardan onlara icarəyə verilməsini təmin edilməsində yardımçı olum. Bu gün Ağlavaşlıda oldum və həmin müharibə veteranlarının istəkləri, problemləri və digər bunlara müvafiq məsələləri yerində dinlədim. Qeyd edəcəyim məsələlər sözün həqiqi mənasında sizi heyrətləndirəcək. Şəmkirin Baş ağasının Ağlavaşlıdakı yerli “Maho Ağası” Elşən Mehdiyev 1999-cu ilə qədər kəndin sovxoz sədri olub, sonra Bələdiyyələrin qurulması ilə Bələdiyyə “seçilib”, 1999-cu ildən bu günə qədər də Bələdiyyə sədridir. 22 il eyni postda oturmaq və kənd əhalisini ağalıq üsulları ilə idarə etməyin sadəcə bir adı var cinayət, xalq iradəsini tapdalamaq, ölkə qanunvericiliyinin əsaslarını zədələmək və Bələdiyyə mülkiyyətini “qanuni” səlahiyyət alaraq talamaq. Sizin bu cinayət əməllərinizi sorğulayacaq bəlkə qurumlar yoxdur amma bizim vicdanımız imkan verməz ki, sizin ağalığınıza göz yumaq. Şikayət edənlər qeyd edirlər ki, 22 il ərzində yerli ağamız Elşən Mehdiyev bir dəfə olsun belə nə hesabat verib, nədə ki, izahat. İstədiyi kimi bölgü aparır, satır, ağalıq edir. Biz isə müxtəlif döyüş cəbhələrində canımızı qoymuşuq, nə əkəcək torpağımız var, nə normal insan yaşayışımız, nədə ki, şikayətlərimizi dinləyəcək bir şəxs. Dəfələrlə Rayonun baş ağası Alimpaşa Məmmədovun qəbuluna getmişik, özümüzə əziyyət verib getməsəydik ondan yaxşı idi. Əlləri hər yerdən üzülən müharibə veteranları məndən onlara dəstək olmağı və ağır vəziyyətlərini Azərbaycan ictimaiyyətinə çatdırmağı xahiş ediblər. Ağalığa son, “Maho Ağa”ların cinayətlərinə son! Sözcü.az Geri qayıt |