Əsas Səhifə > Gündəm, Manşet > Samuxda məskunlaşan kəlbəcərli köçkünlər 72 yaşlı icra başçısının əlindən fəryad edir
Samuxda məskunlaşan kəlbəcərli köçkünlər 72 yaşlı icra başçısının əlindən fəryad edir20-03-2021, 09:20 |
Müstəqil və müasir Azərbaycanın əfsanəvi qəhramanı, Ulu Öndər məktəbinin layiqli varisi Azərbaycan xalqına 30 ildən sonra, böyük qələbə sevincini bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şanlı müzəffər Azərbaycan ordusuna təşəkkür edirəm. Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, müavin Arif Ağayev və Samux rayon Bələdiyyəsinin sədrii Xətaim Cəfərov Qaçqın və Məcburi köçkünlərlə bağlı Prezident sərəncamına arxa çevirdilər!! İyirmi səkkiz il Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşan, Kəlbəcər rayonundan 10 məcburi köçkün ailəsi «Dünyanınsəsi» Xəbər portalı vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edib. Həmin müraciəti oluduğu kimi təqdim edirik: Çox hörmətli Cənab Prezident! Biz Kəlbəcər rayonundan məcburi köçkünlər 28 (iyirmi səkkiz) ildir ki, Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşmışıq. Mal-heyvan saxlamaqla ailəmizi saxlayırıq. Samux rayon Qarasaqqal meşə massivində boş qalmış əkin üçün yararlı 130 hektar torpaq sahəsi götürərək, taxılçılığın inkişafı üçün verilən prezident sərəncamı əsasında həm öz güzəranımızın yaxşı olması və mal heyvanlarımızın saxlanması üçün taxıl əksək də Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə və müavin Arif Ağayev bələdiyyə sədri ilə əlbir olaraq 05 mart 2021-ci il tarixdə saxta sərancamla əkdiyimiz taxılı sulamağa imkan verməyərək yandırıb külə döndərdilər. Bununla bağlı aramızda yaranan mübahisənin 6 (altı) aydır ki, Samux rayon məhkəməsində məhkəmə prosesi keçirilsə də hər dəfə rayon icra hakimiyyətinin başçısı məhkəməyə təsir göstərərək məhkəmə proseslərini dayandırıb verdiyi saxta sərancamları qüvvədə saxlamaq istəyir. Biz on ailə üzvüləri adları çəkilən məmurların əlindən bezərək son ümüd yerimiz olan cənab prezidentimizdən imdad gözləyirik. İyirmi ildən artıqdır ki, Xətaim Cəfərov Samux rayonunda Bələdiyyə sədri vəzifəsində işləyir. Bütün Samux rayon ərazisində olan sovetlər birliyindən qalan yararlı torpaq sahələrini və ferma və digər obyektləri alaraq özünküləşdirib. Ulu öndərimiz Heydər Əliyevin “qaçqın və məcburi köçkünlərin” yaşayış şəraitinin yaxşılaşdırması ilə bağlı verdiyi sərancam bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirildiyi bir zamanda məmurların yerlərdə didərginlərə etdikləri zülmlərlə insanların əsəblərini tarıma çəkirlər. Alı Qocayev Samux rayonuna başçı gələndən, bələdiyyə sədri Xətaim Cəfərovla əlbir olaraq rayonu öz mənafeyi xatirinə talan ediblər. Cənab Prezident! Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə, bələdiyyə sədri Xətaim Cəfərovun neçə illərdir ki, etdikləri qanunsuz əməllərini yazmaqla qurtarası deyil. Həmçinin ərizədə göstərdiyimiz faktlara görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər cavabdeh məmurlara tapşırılsın ki, yoxlama aparılaraq günahkarlar cəzalandırılsın. Ona görə bizim şikayət ərizəmizi ciddi nəzarətə alınıb araşdırılmasına göstəriş verməyinizi xahiş edirik. Biz məcbiri köçkün ailələrinə etdiyiniz köməkliklərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Kəlbəcərli sakinlərin videoşikayətini təqdim edirik: Geri qayıt |