Əsas Səhifə > Gündəm, Manşet > FHN şefi haqda ŞOK İDDİA
FHN şefi haqda ŞOK İDDİA26-03-2021, 09:54 |
Artıq bir neçə gündür ki, Azərbaycanda medianın və sosial şəbəkələrin gündəmi ovçu ərəblərdir. Onların etdiyi qanunazidd hərəkətlər sosial şəbəkələri bəzəyir. Maraqlıdır ki, yerli ovçularla bağlı dərhal hərəhətə keçən, onlara brokonyer adı qoyub boy sırası düzərək fotolarını çəkib ölkə ilə bir edən, ağır cərimələr yazan dövlət qurumları, hüquq-mühafizə orqanları bu dəfə susmağa üstünlük verirlər. “Yeni Sabah” bildirir ki, bu günə qədər yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ərəblərin cərimələnməsi haqda açıqlama yayıb. Bu nazirliyin cərimə yazmaqdan başqa digər tədbir görmək səlahiyyəti də yoxdur. Lakin hüquq-mühafizə orqanlarının bu məsələdə susqunluq göstərməsinin arxasında başqa səbəblərin dayandığı ehtimal olunur. Yayılan xəbərlərdə bildirilir ki, sözügedən ərəblər Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qonaqlarıdır. Və belə görünür ki, nazir də onlara fövqəladə səlahiyyətlər verib. Ərərblər də, Qax Dövlət Təbiət Yasaqlığında uçan, qaçan nə gördülər gülləyə tuturlar. Sonuncu olaraq onlar nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar. Ağ Partiyanın sədri Tural Abbaslı deyir ki, ərəblərin dronlarla, ov quşları ilə Azərbaycana keçməsi üçün həqiqətən də onlara fövqəladə icazə lazımdır: “Onların təlim keçdikləri quşların ölkəyə gətirilməsi üçün müxtəlif prosedurlardan keçmək lazımdır. Amma nəzərə almaq lazımdır ki, pandemiya ilə əlaqədar turist səfərləri dayandırılıb, viza verilmir. Belə olan halda, həmin turistlər hansı vasitə və niyyətlə gəliblər? Çünki turist vizası ilə gəlmək mümkün deyil. Gömrükdən quşları necə keçiriblər? Buna Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi cavab verməlidir. Ərəblərin o ərazidə istirahət etməsinə kim şərait yaradıb?. Videogörüntülərdən məlum olur ki, onlar üçün bütün imkanlar yaradılıb. Bu, bir günün işi deyil… Bildirilir ki, ərazi özəl mülkiyyətdir, elədirsə, adını açıqlasınlar. Tərcüməçi ərəblərin Kəmaləddin Heydərovun qonaqları olduğunu bildirir. Amma nazir bu məsələyə reaksiya verməyib, ya təkzib, ya da təsdiq etsin”. Geri qayıt |