Əsas Səhifə > Gündəm, Manşet > Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...

Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...


19-04-2021, 09:21
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlı rayon Şəfəqli kənd bələdiyyəsi Əliyev Əli Mahmud oğlu və onun yaxın qohumu Sadıyev Rövşən Ağasadıq oğlu tərəfindən pay torpağı əlindən alınan xanım vətəndaşın atası Əskərov Nadir Kamran oğlu prezidentdən və hüquq – mühafizə orqanlarından kömək istəyib.
GUNİnfo.az-a müraciət edən Əskərov Nadir Kamran oğlu qızının pay torpağının bələdiyyə sədrinin tərtib etdiyi saxta sənədlərlə əlindən alındığını deyir.
Bildirir ki, qızına ayrılmış pay torpağı yeni bələdiyyə sədri tərəfindən yaxın qohumu Rövşən Sadıyevə satılaraq onun tərəfindən qeyri qanuni olaraq çəpərə salınmışdır.
İnanılmaz saxtakarlığa göz yuman Yardımlı rayon icra hakimiyyəti və cəzasız qalan Şəfəqli kənd bələdiyyə sədrindən şikayətçi olan Əskərov Nadir Kamran oğlu haqqını geri almaq üçün prezidendən kömək istəyir.
Əskərov Nadir Kamran oğlunun şikayətin olduğu kimi oxuculara təqdim edirik:
“Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu cənablarına
Surəti:
Dövlət Təhkükəsizlik Xidmətinin Rəisi Əli Nağıyevə
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə
Yardımli rayon Şəfəqli kənd sakini
Əskərov Nadir Kamran oğlu tərəfindən
ƏRİZƏSİ:
Mən Nadir Əskərov yazaraq bildirmək istəyirəm ki, qızım Əskərova Xalidə Nadir qızının adına 2001-ci ildə Yardımlı rayon Şəfəqli kənd bələdiyyəsi tərəfindən Yardımlı rayon Quzey adlı sahədən 10 sot həcmində pay torpaq və ev yeri verilmişdir.
Bugünkü gündə həmin torpaq sahəsi, hal hazırki Yardımlı rayon Şəfəqli kənd bələdiyyəsi olan Əliyev Əli Mahmud oğlu və onun yaxın qohumu Sadıyev Rövşən Ağasadıq oğlu tərəfindən zəbt edilmişdir .
Qızıma ayrılmış pay torpaq sahəsi bələdiyyənin yaxın qohumu olan Rövşən Sadıyev tərəfindən qeyri qanuni olaraq çəpərə salınmışdır. Hətta aldığımız məlumata görə bizim əlimizdə torpağa dair olan rəsmi sənədlər saxtadır, onlar artıq torpaq üçün yeni sənədlər belə duzəldiblər.
Mən və kürəkənim məsələni araşdırmaq üçün Şəfəqli kənd bələdiyyəsi Əli Əliyevə müraciət edərək, əlimizdə qanuni sənədlər ola-ola, hansı səbəbdən torpaq sahəsinin tanımadığımız şəxslər tərəfindən çəpərə salınır suaIını verdik.
Şəfəqli kənd bələdiyyəsi Əli Əliyev isə vəzifəsindən sui-istifadə edərək kürəkənimi təhqir və təhdid edici sözlər ilə qorxutmağa çalışdı. Həmçinin yekəxanalıq edərək bildirdi ki, qızıma ayrılmış pay torpaq sahəsinin sənədlərini şəxsən özü ləğv edib,hətta “Harda yoxladırsan get yoxlat” Ifadəsini belə işlətməkdən çəkinmədi.
Kürəkənim bu işin araşdırılması üçün məhkəməyə verəcəyimizi söylədiyində , bələdiyyə Əli Əliyev onu təhdid edərək, “Məhkəməyə müaciət edərsən məndə səni tutdurub icəri basdıraram” kəlmələrini işlətməyə belə özündə cəsarət tapmışdır.
Qeyd etmək istərdim ki, qızıma ayrılmış pay torpağa dair sənədlərdə İcra hakimiyyətinə, Bələdiyyə İdarəsinə və ərazi nümayəndəsinə aid bütün imza və möhürlər mövcuddur. Lakin rəsmi sənədlərin əlimizdə olmasına baxmayaraq pay torpağı bu şəxslərdən ala bilmirik, hər il həmin torpaq sahəsindən ot biçini kimi istifadə edirlər.
Bildirim ki, 2001-ci ildən – 2014 cü ilədək torpağın vergi rüsumları qızım tərəfindən ödənilmişdir, qəbzləridə movcuddur.
Sizdən xahiş edirəm pay torpaq sahəsinə dair əlimizdə olan sənədlərə baxılsın və həmçinin qarşı tərəfində sənədlələri araşdırılsın, qızıma ayrılmış pay torpaq sahəsi və ev yeri ona geri qaytarılsın.
Əlavə olaraq hal hazırki Yardımlı rayon Şəfəqli kənd bələdiyyəsi Əli Əliyev pay torpaq sahəsini saxta sənədlər ilə əldə etdiyinə görə onun bütün faəliyyət dövrü araşdırılaraq hüquqi qiymət verilməsini sizdən rica edirəm.”
Əskərov Nadir Kamran oğlu Yardımlı rayon Şəfəqli kənd sakini

Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI...


Geri qayıt