Əsas Səhifə > Gündəm, Manşet > Elşad Həsənov gənc kadrdır, amma təfəkkürü "qoca"dır...

Elşad Həsənov gənc kadrdır, amma təfəkkürü "qoca"dır...


28-04-2021, 08:40
Elşad Həsənov gənc kadrdır, amma təfəkkürü "qoca"dır...
Bakının Yasamal rayon camaatı icra başçısı sarıdan heç yarımadı. Rayonun yeni icra başçısı Elşad Həsənov da onların problemlərinə biganədir.
TİA.Az-ın xəbərinə görə, Yasamalın elə bir yeri yoxdur ki, problem olmasın. Amma E.Həsənovun rəhbərliyi altında rayonda bir küçəni abadlaşdırmayıblar.
Yasamalın istər 1-ci, istər 2-ci Alatava yaşayış massivləri olsun, istər Yeni Yasamal ərazisi olsun küçələr bərbad vəziyyətdə, yollar çala-çuxur, səliqəsiz, xaotik gündədir. Sizə təqdim edəcəyimiz fotolardan da aydın olur ki, Yasamalın yollarından heç ucqar dağ kəndlərində yoxdur.
İndiyə qədər nə bir məhəllə abadlaşdırılıb, nə İH-nin təşəbbüsü ilə ağacəkmə kampaniyası həyata keçirilib, nə uşaqlar üçün bir şərait qurulub.
Bəs Yasamal İH-nin, ümumiyyətlə icra orqanlarının gündəlik iş-gücü nədən ibarətdir? Həftənin 5 günü səhərdən axşama kimi bu qədər İH əməkdaşı hansı işlərlə məşğul olur?

Elşad Həsənov və digərləri icra başçısı təyin olunanda prezident demişdi ki, hansı məmur düzgün işləməsə, vəzifəsindən azad ediləcək.
Buyurun, nə Neftçala, nə İsmayıllı, nə Ağstafa, nə Yasamal rayonlarına təyin olunan gənc icra hakimləri köhnələrdən fərqlənirlər.
E.Həsənov bir rayon rəhbəri kimi əyan-əşrəfi ilə Yasamala çıxıb gəzməli, reyd etməli, yolda qarşılaşdığı sakinlərdən problemlərini soruşmalıdır.
Məlum olacaq ki, “Şamaxinka”dan Yeni Yasamala, Alatavadan Şərifzadəyə qədər yollar nə gündədir, binaların liftləri, zirzəmiləri hansı şəraitdədir. Hətta bu cür primitiv problemləri belə İH həll etmirsə, bu strukturu saxlamağa nə zərurət var?

Yeri gəlmişkən, bir xatırlatma edək ki, Yasamal rayonunda 2020-ci ildə heç bir iş görülmədiyi üçün hesabatı da verilməyib. Əgər görülsəydi E.Həsənov hesabatı yayardı.
Bu günlərdə ardıcıl olaraq “Sovetski”də etirazlar olub, vətəndaşlar şikayətə yığışıb, heç birində icra baçısı görünməyib.
Prezident onu təyin edib ki, hansısa narazılıq olanda camaatın ayağına getsin, ən azı dərdini dinləsin, gərginliyi azaltsın. Heç bunu da etmir…

Elşad Həsənov gənc kadrdır, amma təfəkkürü "qoca"dır...
Elşad Həsənov gənc kadrdır, amma təfəkkürü "qoca"dır...


Geri qayıt