Əsas Səhifə > Gündəm, Manşet > Nə üçün işçilər istismar olunur?
Nə üçün işçilər istismar olunur?7-05-2021, 08:48 |
DİA.AZ: - "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Ərazi Məşğulluq Mərkəzlərində işləyən əməkdaşlara qarşı yerli və beynəlxalq qanunvericilik kobud şəkildə pozulur. Belə ki, respublika üzrə 22 Ərazi Məğulluq Mərkəzi var, bu mərkəzlərin bəzilərinin müdirləri orada çalışan əməkdaşları istirahət və bayram günləri qanunsuz şəkildə işə cəlb edərək Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilərəkdən ayaq altına atıb özbaşınalıq edirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir. Məaqlədə daha sonra deyilir: "Çünki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də göstərilir ki, istirahət (şənbə-bazar) və bayram günləri işçiləri işə cəlb edərkən bunun üçün əmr olmalıdır, işçilər ştat tabelinə imza çəkib həmin günlərin də maaşını almalıdır. Lakin ƏƏSM naziri Sahil Babayev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa abbasbəyli məşğulluq agenliyinnin əməkdaşlarına qarşı baş verən bu kobud qanun pozuntularına göz yumaraq bu hallardan xəbərləri olduğunu göstərirlər. Gündəlik normal iş vaxtının müddəti gündə 8 saatdan və həftədə 40 saatdan artıq ola bilməz. İş vaxtından artıq iş – işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyası müəyyən olnumuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetrilməsi sayılır. İşçilərə iş vaxtından artıq vaxt ərzində və işçiləri bayram günlərində işə cəlb edilərkən maaşların hesablanma qaydası da Əmək Məcəlləsinin 109 və 164-cü maadələrində müəyyən edilib. Təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi qaydada vaxtamuzd maaşının 200%) Ümumi qaydaya görə istirahət, səsvermə,iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Azərbaycan Respublikasının prezidenti İlham Əlham Əliyev də 04 fevral 2020-ci ildə öz çıxışında xəbərdarlıq etmişdi ki, “İşəgötürənlər işçilərini istismar etməməlidirlər, işçiləri vaxtından artıq işlədirlər, bizim 8 saatlıq iş gücümüz var, ondan artıq heç kim işləməməlidir. Nazirlər Kabineti buna nəzarət etməlidir”. Buradan belə aydın olur ki, nazir Sahil Babayev və agentliyin sədri Mustafa Abbasbəyli Azərbaycan Prezidentinin bu xəbərdarlığını saymırlar, prezidentin sözlərini ayaqlar altına ataraq həm qanunvericiliyə həm də prezidentə qarşı addımlar atırlar. Qanunlara və prezidentə hörmət qoymayan nazirlik və agentlik ölkə vətəndaşlarının hansı hüquqlarını təmin edə bilər? Bu addımlar əhalidə qanunlara və prezidentə qarşı etibarı zəiflətmək üçün atılmış addımlardır ki, bunu məqsədli şəkildə edirlər. Çünki, qanunvercilikdə konkret iş saatından və iş günlərindən artıq işçiləri qanunsuz şəkildə işə cəlb etmək tamamilə cinayət məsuliyyəti yaratsa da və ölkə başçısının işçilərin iş günlərindən artıq işə cəlb edilməməsi haqqında xəbərdarlıq etsə də nazirlik və agentlik rəhbərləri tamamilə zidd hərəkətlər edir, bu da əhalidə qanunvericiliyə və ölkə başçısına qarşı etibarı zəiflədir. Əmək Müfəttişliyi nə üçün Dövlət Məşğulluq Agentliyində Əmək Məcəlləsinin kobud şəkildə pozulması hallarını araşdırmır? Əmək Müfəttişliyi bilmirmi ki, prezident işləyən insanların 8 saatdan artıq işə cəlb edilməsi haqqında xəbərdarlıqlar edib? Əmək Müfəttişliyi bir araşdırsın ki, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları neçə vaxtdır məzuniyyətə buraxılmır? Nazirlər Kabineti nə üçün prezidentin bu tapşırığını icra etmir? Araşdırmalar onu göstərir ki, Dövlət Məşğulluq Agentliyinin 12, 15, 17, 20, 22 saylı Ərazi Məşğulluq Mərkəzlərində işləyən əməkdaşların hüquqları xüsusilə kobud pozularaq və qanunvericiliyə zidd olaraq iş saatlarından artıq, istirahət və bayram günləri işə cəlb olunurlar. Bu araşdırmalar digər mərkəzlər üzrə də aparılacaq. İstirahət və bayram günləri ya idarədə işlə cəlb edirlər, ya da özünüməşğulluq tədbirləri üçün ərazilərə göndərirlər. Və bu hallar uzun aylardır ki, davam edir. Nazir Sahil Babayev nazirliyin tabeliyində olan qurumda çalışan işçilərin hüquqlarının pozulmasına göz yumursa sadə xalqın hansı hüquqlarını bərpa edə bilər? Ölkə prezidentinin iş saatları ilə bağlı xəbərdarlığını qulaq ardına vuran hörmətli Sahil Babayev və Mustafa Abbasbəyli bu barədə xalqa açıqlama verməlidir ki, nə üçün işçilər istismar olunur?" İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |