Əsas Səhifə > Gündəm, Üst manşet > Qusarda bələdiyyə sədrinin özbaşınalığı...

Qusarda bələdiyyə sədrinin özbaşınalığı...


2-06-2021, 08:15
Qusarda bələdiyyə sədrinin özbaşınalığı...
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKUROR YANINDA KORRUPSİYYA QARŞI MÜBARİZƏ İDARƏSİNƏ,
ƏDLİYYƏ NAZRLİYİNİN BƏLƏDİYYƏLƏRİN İŞ MƏRKƏZİ RƏHBƏRİNƏ,
DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,
Qusar RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISINA,
OMBUDSMAN APARATININ SƏDRİNƏ,
QUSAR RAYON PROKURORLUĞUNA və POLİS ŞÖBƏSİ rəisinə,
AZƏRBAYCAN RESPUBLİKASININ KİV ORQANLARI RƏHBƏRLƏRİNƏ

Qobustan rayonu, Təklə kəndində yaşayan fermer Məhərrəmov Əfqan oğlu tərəfindən
“Qusar rayonun Zindan Murug kənd Bələdiyyə sədrinin özbaşnalığından və korrupsiya əməllərindən”

Ş İ K A Y Ə T

Mən, Əfqan Məhərrəmov dədə-babadan ömür boyu heyvandarlıq təsəsrrüfatıilə məşğul olmuşuq. Qışlaq dövründə cənub regionunda- Hacıqabul rayonundakı qışlaq ərazilərində, yay vaxtı isə şimal zonasında olan yaylaqlardan istifadə etməklə ailəmizlə birlikdə birtəhər güzəran edirik. 2019-2020-ci illərdə bizim 450 baş xırdabuynuzlu heyvanların yaylaq otlaqla təmin olunması üçün Qusar rayonun Zindan Murug kəndinə məxsus örüş sahələrində hər ili 2000 manat icarə haqqı ödəməklə heyvandarlığımı inkişaf etdirirdim. Budur, 10 gündür ki, yenə də həmişəki kimi Qusar rayonuna gəlib heyvanlara örüş sahəsinin ayrılması üçün kənd bələdiyyəsinin sədri Malik Qurbanovla yeni icarə müqaviləsi bağlamaq istədim. Lakin M.Qurbanov tam etiraz edərək bildirdi ki, sənin burada yenidən icarə müqaviləsi bağlamağın üçün gərək Prezident Aparatında vəzifəli adamın olmalıdır. Halbuki, hal hazırda 3 yataq ( hər birində 2000 baş qoyun olmaqla) müxtəlif vəzifəli şəxslərə aid olan adamlara qanunsuz olaraq gizli sövdələşmə nəticəsində, yəni heç bir sənədləşmə aparmadan, lakin yüz hektarlral ğrüş sahələrini pul-rüşvət qarşılığında bu adamlara vermiş yerli bələdiyyə sədri məni qapıdan qovur. Indi mən Qusar rayonunda çıxılmaz vəziyyətə düşmüşəm. bilmirəm indi heyvanları hara aparım. Yerli kənd sakinləri isə mənə təklif edirlər ki. gəl sən 2000 manat pulu bizə ver, bizə aid olan bu ğrüş sahələrinin sənə verilməsinə icazə verək. Biz də bu 2000 manat pulla yollarımızı təmir edək. Çünki. Bələdiyyə icarə haqlarını necə yığırsa kəndimizə heş bir xeyri dəymir.

Cənab nazir Fikrət məmmədov. Sizdən də xahiş edirəm ki, ƏN-nin Bələdiyyələrlə iş Mərkəzinə göstəriş verəsiniz ki, hər il olduğu kimi bu ildə Qusar rayon Zindan Murug Bəldiyyə sədri özbaşnalığa son qoyaraq qanuni formada mən fermerlə icarə sənədininin tərtib edilib sahibkarlığımı davam etdiməyimə göstəriş verəsiniz.

Hörmətli Prüzident. Sizdən çox xahiş edirəm ki, mən adi bir çobanı əsassız olaraq süründürməçiliyə salan, həqarət edən, hansıs vəzifəli şəxslərin haram pullarla əldə etdikləri minlərlə sayı olan heyvanlarına qanunsuz olaraq şərait yaradan, yerli bələdiyyə sədri M.Qurbanovun korrupsiya əməllərinin araşdırılmasına və hüquqi qiymət verilməsinə göstəriş verəsiniz. Sağ olun.

İMZA: Əfqan Məhərrəmov 077-746 43 96, 055-965 46 50


İddia olunanlarla bağlı DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt