Əsas Səhifə > Gündəm, Manşet > "Mənə çöl qapını göstərən "Kapital bank" müdiriyyəti... Ar olsun sizə!"
"Mənə çöl qapını göstərən "Kapital bank" müdiriyyəti... Ar olsun sizə!"18-06-2021, 09:01 |
"Bu oğlan mənim oğlumdur. 1996-cı il doğumlu baş leytenant Qələndərli Cavad. II Qarabağ müharibəsində Suqovuşan uğrunda gedən o ağır döyüşlərdə yaralanib. 9 aydır xəstəxanalarda müalicə alır. Bədəninin 50 faizdən coxu iflicdir. Çox ağır xəstədir. Yataqdadır. Əlil arabasi ilə hərəkət edir". Yeniavaz.com xəbər verir ki, Qazi Cavad Qələndərlinin anası Ülkər Həsənova sosial şəbəkə hesabında Vətən Müharibəsində ağır yaralanan oğlunun hər ay maaşından kredit borcu tutulduğunu bildirib: "Sağ olsun xalqım, sıravi insanlar bizə dəstək olur. Oğlumun "Kapital bank"da kredit borcu var. 8 aydir mən bunlara yalvarıram, müraciət edirəm ki, bu borcu ödəmək iqtidarında deyilik. Xəstəyə baxmaq onun ehtiyaclarını ödəmək nə deməkdir yəqin ki, bilən var. Bank buna əhəmiyyət verməyərək hər ay avtomatik oğlumun maaşını borca çıxır. Yarımcan, yorğan döşəkdə yatan, torpaq uğrunda canını qoyan 25 yaşından əlil arabasına möhtac qalan bu vətəndaş borcunu ödəməyibmi görəsən? Mənə çöl qapını göstərən bank müdiriyyəti bu oğlanların hesabına bu gün varsınız. Ar olsun sizə". Geri qayıt |