Əsas Səhifə > Gündəm, Manşet > Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?
Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?26-06-2021, 09:19 |
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kollektivi narahat edən daha bir qalmaqalın detallarını əldə etmişik. Demə, AMEA-nı öz istədiyi kimi idarə edən, elm ocağında korporativ maraqlarla ciddi tənəzzül dövrü yaradan "prezident" Ramiz Mehdiyev onun neqativləri qarşısında duruş gətirməyə çalışan daha bir cəfakeş kadrı da öz yolundan qaldırmağı qarşısına məqsəd qoyub. Ramiz Mehdiyev şəxsi maraqları çərçivəsində AMEA-nın İşlər idarəsinin müdiri, sabiq deputat Elton Məmmədovu da təcili olaraq tutduğu vəzifəsindən qovmaq istəyir. Plan isə artıq hazırdır və aşağıdakı qaydada icra edilməkdədir. "Demokratik.Az"-ın bu barədə əldə etdiyi rəsmi məlumata görə, hazırda AMEA işlər İdarəsinin müdiri vəzifəsini Ramiz Mehdiyevin planlaşdırdığı qaydada kürəkəninin qardaşı Fikrət Əliyev icra edir. AMEA-nı "ailə maraqları" ilə kurasiya edən Mehdiyev bununla bağlı 16 aprel 2021-ci il tarixli /55/ saylı müvafiq əmr imzalayıb. Həmin əmrin isə əsas qayəsinə görə, texnika elmləri doktoru, professor Elton Məmmədova 14 aprel 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixinədək əmək məzuniyyəti verilib. Lakin, məzuniyyət müddəti bitsə də, Elton Məmmədovun öz işinin başına qayıtmasına hər vəchlə imkan verilmir. Məlumata görə, "Mehdiyevlər" tərəfindən haqsızlıqlar və təzyiqlər görən E.Məmmədov hazırda səhhətilə əlaqədar müalicə alır, iş otağı və səlahiyyətləri isə təhvil-təslimsiz Fikrət Əliyev tərəfindən defakto "işğal" olunub. Sözügedən məsələdə diqqətçəkən ən önəmli detallar isə Elton Məmmədovun aylar əvvəl məzuniyyət üçün məcburiyyət qarşısında imzaladığı, lakin özünün həyəcan təbili çalmaqla birbaşa Ramiz Mehdiyevi və ətrafını ifşa etmiş olduğu bir ərizədədir. Ərizədə bunlar yazılıb: "Yazıb nəzərinizə çatdırıram ki, AMEA-da Sizin rəhbərlik etdiyiniz dövrdə "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə direktor təyin olunduğum gündən hal-hazıra kimi, yəni AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri vəzifəsində çalışdığım müddətdə və hər zaman Azərbaycan Respublikasının prezidenti İlham Əliyev canablarının apardığı uğurlu siyasatini dəstəkləmiş və dəstəkləməkdə davam edirəm. Dövlətimizin mənafeyini qoruyaraq və dövlətçilik prinsiplərini rəhbər tutaraq çalışmaq ən başlıca ideologiyamdır. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmin inkişafına, abadlıq və quruculuq işlərinə önəm verdiyim və dövlətçilik prinsiplərini rəhbər tutduğum halda öz manafelərini üstün tutanlar həm daxildən, həm də xaricdən sağlam dövlətçilik ideologiyasına əsaslanan iş prinsipimə maneçilik törədirlər. Qeyd etdiklərimi nəzərə alaraq 14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağımı və məzuniyyət müddətim bitdikdən sonra tutduğum vəzifədən azad olunmağımı sizdən xahiş edirəm" - sitatın sonu. Ərizənin mahiyyətindən və tərtibatından, eləcə də AMEA-nın ərizəçiyə rəsmi münasibətindən aydın olur ki, akademiyada əməkdaşlara qarşı ciddi xaos, laqeyidlik hökm sürür. Belə ki, AMEA-da kargüzarlıq işləri və ərizə nümunələri də necə gəldi yazılmaqla qəbul edilir, məktubdan irəli gələn ən ciddi məsələlər belə yalnız Ramiz Mehdiyevin marağı və icazəsilə müzakirələrdən kənarda saxlanılır və ya qəbul edilə bilir. Diqqət etdinizsə, Elton Məmmədovun məzuniyyət üçün imzaladığı müraciətində AMEA-da mövcud olan neqativ hallara, İşlər İdarəsinin müdirinin əməli fəaliyyətinə qarşı həm daxildən, həm də xaricdən sağlam dövlətçilik ideologiyasına əsaslanan iş prinsiplərinə maneçilik törədilməsi xüsusilə qeyd edilir. Nəticədə, ərizədə əlavə hallar araşdırılmadan dərkənar edilir, Mehdiyevin öz əmrilə E.Məmmədov məzuniyyətə göndərilir və sonda da tutduğu vəzifədən azad olunması istəyi özünə qarşı silah kimi istifadə olunur. Halbuki, Elton Məmmədovun Ramiz Mehdiyev tərəfindən hədəf seçilməsinin daha ciddi, hətta məkrli və kriminal əsasları var. Xatırlatmaq yerinə düşər ki, E.Məmmədov hazırki vəzifəsinə 2020-ci il yanvarın 17-də təyin edilib. Ona qədər isə (27 noyabr 2019-cu il tarixdən-red) AMEA-da AMEA Yüksək Texnologiyalar Parkının direktoru olub. Bugün qəribə səslənəcək, amma sabiq deputatın AMEA-dakı fəaliyyəti qənaətbəxş olub, o, yenilikçi və tənqidçilik qabiliyyətlərilə seçilib. Ramiz Mehdiyevi də Məmmədovdakı qətiyyət və işgüzarlıq qabiliyyətləri, AMEA-dakı nöqsanların aradan qaldırılmasına qarşı barışmaz mövqeyi qorxudub. Tərəflər ilk dəfə publik şəkildə hələ ötən ilin sentyabrında qabaq-qabağa gəliblər. Prezidentin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-təsərrüfat və Təmir-tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işlərilə tanış olarkən AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədovun maraqlı məlumatla çıxışı "Ramiz Mehdiyevə vurulan ilk zərbə" effekti kimi xatırlana bilər. E.Məmmədov məhz həmin çıxışında akademiyanın Nəqliyyat-təsərrüfat şöbəsinin uğurları ilə yanaşı çatışmazlıqlarını da dilə gətirib. Akademik elə həmin gün AMEA-da “moyka” və yağdəyişmə biznesindən, AMEA-da milyonlarla manatın elmə yox, profilaktoriya biznesinə yatırılmasından prezident köməkçisinə məruzə edib. Maraqlıdır ki, Prezidentin köməkçisindən dərhal sonra AMEA Prezidenti Ramiz Mehdiyev Rəyasət Heyəti üzvləri ilə birlikdə eyni şöbələrdəki işlərlə tanış olub. AMEA saytında verilən məlumatda şöbələrdə görülən işlərlə bağlı Elton Məmmədovun R.Mehdiyevə də geniş məlumat verdiyi qeyd edilib. Bunun ardından, Ramiz Mehdiyevdə Elton Məmmədova qarşı patoloji nifrətin aşkar zühuru sonuncunun məzuniyyətə "buraxıldığı" günlərə təsadüf edib. Rəsmi sənədlərdən bəlli olur ki, Ramiz Mehdiyevin başçılığı altında və ailə üzvlərinə məxsus şirkətlərin də iştirak etdiyi arzuedilməz maxinasiyalar, AMEA-da qaynayan planlı korrupsiya və dağıdıcılıq meyilləri açıq-aşkar AMEA İşlər İdarəsinin rəhbəri tərəfindən ciddi narazılıqlarla qarşılanıb və yaxşı qəbul edilməyib. Elton Məmmədov baş verən məlum özbaşınalıqların qarşısının alınması üçün xeyli çalışıb. Bu mənada, 06 fevral 2020-ci il tarixdə Dövlət Neft Fondu tərəfindən AMEA-nın İşlər İdarəsinin istifadəsinə verilmiş müxtəlif markalı müasir nəqliyyat vasitələrinin "Hikmət İnşaat" MMC-dən geri tələb edilməsində, müxtəlif təmir-tikinti işləri üzrə maxinasiyaların durdurulmasında, eləcə də AMEA ilə "Şərq-Qərb" ASC arasında göyə sovrulmuş 10,4 milyon manatlıq "cinayət işi"ndə və sair məsələlərdə Elton Məmmədov tərəfindən AMEA-nın maraqlarının qorunmasına edilən çağırışlar danılmazdır. OXUYUN - "BOZ KARDİNAL" Neft fonduna da "kəf" gəldi Tanış olun - 10,4 milyon HANI Birmənalıdır və belə başa düşülür ki, Ramiz Mehdiyev Elton Məmmədovu uzaqlaşdırıb yerinə öz kürəkəninin qardaşını yerləşdirməklə yalnız öz korporativ maraqlarına xidmət edir. Və təkcə AMEA-da "ailə podratı" yaratmır, həm də bu yolla özünün nə dərəcədə "qanunsevər", "dövlətçi" biri olduğunu, hansı bayağı təfəkkürə sahib olduğunu yenidən sübut edir. Onu da bilin, Ramiz Mehdiyevin qanunsuz tapşırığı ilə Elton Məmmədovun iş otağının qapısı da son günlərdə möhürlənib. İddia olunur ki, akademik Mehdiyev bərk narahatdır ki, birdən E.Məmmədov gələrək dövlət telefonu ilə ölkə rəhbərliyinə və şəxsən prezident İlham Əliyevə zəng edə bilər, AMEA-da baş verən özbaşınalıqlar barədə yuxarılara ciddi məlumatlar verə bilər. Deyilənlərə inansaq, E.Məmmədov özü də dəfələrlə Ramiz Mehdiyevə bu barədə ultimatumlar edib, lakin, "boz kardinal" həmkarına kimsədən qorxmadığını deyərək onu işdən qovacağını deyib. Sadalanan faktlarla bağlı Elton Məmmədovun özü ilə əlaqə yaratmağa çalışdıq, lakin çoxsaylı zənglərimizə cavab verən olmadı... Geri qayıt |