Əsas Səhifə > Gündəm, Manşet > Goranboy sakininin başına NECƏ OYUN AÇDILAR...
Goranboy sakininin başına NECƏ OYUN AÇDILAR...26-07-2021, 08:58 |
DİA.AZ: - Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaşın yazdıqlarını olduğu kimi təqdim edirik: "01.09.1985-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşam. İki ali təhsilim var. Şər-böhtanla, Goranboy rayonunun sabiq icra başçısı, halhazırda həbsdə olan Nizaməddin Quliyevin "sifarişi" əsasında məndən 2019-cu ilin mart ayında hüquq-mühafizə orqanlarına şikayət olundu, 2019-cu ilin aprel ayında HƏBS etdirildim. 10.06.2021-ci il tarixində azadlığa buraxılmışam. 29.06.2021-ci il və 13.07.2021-ci il tarixlərində rəsmi olaraq Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısı cənab Məhərrəm Quliyevə məni qəbul etməsini və müraciətimdə qeyd etdiyim məsələlərin nəzarəti ilə araşdırıb bir tədbir görməsini xahiş etmişəm. Çox təəssüflər olsun ki, cənab başçı heç narahat deyil ki, vətəndaş qəbul istəyir. Həmçinin cənab başçıya ünvanladığım ərizələrdə qeyd olunan məsələlərlə bağlı heç bir nə araşdırma aparmır, nə də tədbir görmür. Goranboy RİH-də əyləşən bir qrup vəzifəli şəxslər və bu rayonun idarə və müəssisələrində rəhbər vəzifədə əyləşən vəzifəli şəxslər sabiq, həbsdə olan icra başçı Nizaməddin Quliyevin " yarıtmaz kadrlarıdılar". Belə kadrlarla ədalətlilikdən, şəffaflıqdan danışmaq olarmı? Goranboy RİH-nin başçısı cənab Məhərrəm Quliyev nə səbəbə bu "yarıtmaz kadrları" hələ də vəzifələrində saxlayır? Goranboy təhsili, səhiyyəsi " HƏRRACA" qoyulub. Burada dövlətimizin qanunları deyil, "bazar qanunları" hökm sürür, məmur özbaşnalığı, süründürməçilik, vətəndaşların hüquqlarını pozma halları baş alıb gedir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimləri, xüsusi ilə, nevropatoloq həkim Ayna həkim süründürməçilik edərək maddi imkanım olmadığı üçün məni müainə, müalicə etmir, vətəndaş hüquqlarımı pozur. Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin sabiq sədri Məzahir Allahverdiyev 2019-cu ildə məni aldadaraq həyətyani torpaq sahəsi, məhlə ilə təmin etmədi. Bu bələdiyyə sədrinin dövrü yoxlanılmalıdır. Bütün torpaqları qanunsuz olaraq zəbt edib, satıb. Elə bələdiyyə üzvləri var ki, deyirlər ki, biz bələdiyyə üzvü olmağımıza baxmayaraq bələdiyyə sədrinin oyunlarından xəbərimiz olmur, heç bir yerdə imzalarımız yoxdur. Bələdiyyə üzvlərinin imzaları ekspertizaya göndərilərsə saxta imzaların olduğu ortaya çıxar. Bu qəsəbənin yeni bələdiyyə sədri də mənə məhlə yeri vermir, süründürməçilik edir. Hər iki bələdiyyə sədrlərinin iş fəaliyyətlərinin araşdırılmasını, bələdiyyə üzvlərinin imzalarının araşdırılmasını aidiyyatı qurumlardan xahiş edirəm. Goranboy rayon təhsil şöbəsinin müdürü vəzifəsini müvəqqəti əvəz edən Maksim Bayramov məni həbsdən gəldiyim üçün qəbul etmir. Araşdırılma aparılsa Maksim Bayramovun özü həbsdə olub. Nə səbəbə həbsdə olub araşdırılma aparılsa ŞOK olar ki, belə bir kadr millətin gələcəyi olan təhsili idarə edir. Möhtərəm Cənab Prezident dəfələrlə dövlət məmurlarına tapşırıqlar verirki vətəndaşları incitməyin, vətəndaşlara qarşı səmimi olun, süründürməçilik etməyin, şəffavlığı təmin edin, ədalətli olun, vətəndaşların hüquqlarını pozmayın, problemləri ilə məşğul olun, məmur özbaşnalığı etməyin. Çox təəssüflər olsun ki, Goranboy rayonunda Goranboy Rayon Polis Şöbəsinin, Prokurorluğunun, Dövlət təhlükəsizlik Xidmətinin vəzifədə əyləşən vəzifəli şəxsləri istisna olmaqla digər vəzifədə əyləşən vəzifəli şəxslər, dövlət məmurları özbaşnalıq etməklə, vətəndaşların hüquqlarını pozmaqla, süründürməçilik etməklə məşğuldur. Rayonun icra başçısı vətəndaş olaraq məni qəbul etmir, heç bu günə kimi də narahat deyil. Müavinlərindən, digər kadrlardan, vəzifəli şəxslərdən mən nə diqqət, qayğı gözləyə bilərəm. Möhtərəm Cənab Prezident! Goranboy RİH-nin başçısı məni qəbul etmədiyinə, işlə təmin oluna bilmədiyimə, vətəndaş hüquqlarım pozulduğuna, ədalətsizliklərlə üzləşdiyimə görə İNTİHAR etməyi qərara almışam. 22 iyul 2021-ci il tarixində rayonumuzda səfərdəydiniz. Qəsəbəmizdə fəaliyyət göstərən marketləri, aptekləri, obyektləri bağladılar, vətəbdaşları küçəyə çıxmağa imkan vermədilər. Şəxsən mənim mərkəzə çıxmağıma qadağa qoydular. Möhtərəm Cənab Prezident, Siz bütün rayonlara səfərlər edirsiniz, vətəndaşlarla görüşürsünüz, problemləri ilə maraqlanırsınız. Bizim rayonda vətəndaşları Sizdən gizlətmək nə dərəcədə doğru idi? Möhtərəm Cənab Prezident! Çox hörmətli 1-ci vitse prezident! Rəhbərlik etdiyiniz prezidentin ehtiyat fondundan, H.Əliyev fondunun ehtiyat fondundan MADDİ vəsait ayrılmasına ayrılan maddi vəsaitin Goranboy RİH-nin hesabına, Goranboy Rayon Mərkəzi Xəstəxanasının hesabına, Goranboy rayon Təhsil Şöbəsinin hesabına Sizdən xahiş edirəm köçürülməsinə tapşırıq verəsiniz. Bəlkə, onda RİH-nin başçısı məni qəbul edər( yəqinki bu rayonda qəbul ödənişlidir, rüsum ödəmək lazımdır), Xəstəxananın həkimləri məni müainə, müalicə edər, təhsil şöbəsi məni işə qəbul edər. Mənə deyirlərki qanundan danışma. Qanun-qayda istəyirsənsə get Gürcüstan Respublikasının vətəndaşlığını qəbul elə. Nə səbəbə mən Gürcüstan Respublikasının vətəbdaşlığını qəbul etməliyəm. Mən Azərbaycan Respublikasının vətəndaşı olmağımla FƏXR edirəm. Mən Qalib bir dövlətin vətəndaşıyam, qürur hissi duyuram. Goranboy rayon Dövlət Sosial Müdafiə fondu cəzaçəkmə müəssisəsindən azad olunmağımla əlaqədar sosial müavinətimi vermir, süründürməçilik edir. Möhtərəm Cənab Prezident, Sizdən xahiş edirəm güvəndiyim, inandığım , böyük nüfuza malik olan, inanılmış güc strukturu olan Dövlət Təhlükısizlik Xidmətinə göstəriş verin Goranboy RİH-də, idarə, müəssisələrində, xüsusi ilə adlarını yuxarıda qeyd etdiyim idarələrdə uğurlu əməliyyat aparsın, Nizaməddin Quliyevin "yarıtmaz kadrlarından" canımız qurtarsln. Haqq-ədalət zəfər çalsın, süründürməçiliyə, məmur özbaşnalığına, bazar qanunlarına, ədalətsizliyə Goranboy rayonunda son qoyulsun. Sizdən xahiş edirəm mənə köməklik göstərəsiniz. Mən öz ölkəmdə iki ali təhsilim ola-ola iş tapıb işləyə bilmirəm. İşsiz qalmışam. Hər iki valideynlərim xəstədilər və heç bir yerdə işləmirlər". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |