Əsas Səhifə > Gündəm, Manşet > Ziya Məmmədov və onun qohumları tərəfindən müflis edilən sahibkar Prezidentdən imdad diləyir
Ziya Məmmədov və onun qohumları tərəfindən müflis edilən sahibkar Prezidentdən imdad diləyir27-07-2021, 08:34 |
“Uğurlu” MMC-nin təsisçi və direktoru, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 31, mənzil 71-də yaşayan müharibə veteranı, Qarabağ əlili Nəcəfov Adil Əli oğlu Azinforum.az vasitəsilə ölkə başçısına, 1-ci Vitse-prezidentə və DTX rəisi Əli Nağıyevə müraciət edib. Həmim müraciəti olduğu kimi təqdim edirik: “2004-cü ildə nəqliyyat sektorunda fəaliyyət göstərirdim. Biz Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən zaman heç bir problemlə rastlaşmırdıq. Vaxtında vergini ödyəirdik. Bizim Bakı şəhər Nəqliyyat Nazirliyi nəzində fəaliyyət göstərən zaman problemlərimiz başladı. 2010-2015-ci illər ərzində Ziya Məmmədovun Qara Çamadan adlanan Elxan Hüseynov, Yunis Abdullayev və Mayıs adlanan şəxs məndən 1 milyon 500 manat pul almışdılar. Nəticədə mən müflis duruma düşmüşdüm. Ailəmlə yaşadığım evi də satmalı oldum. Banklara 800.000 manatdan çox kredit borcu yaranmışdır. 2016-cı ildə mən Baş Prokurorluğa müracitə etdim. Onlar isə mənim işimi Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərmişlər. Tədqiqat zamanı məlum olmuşdur ki, işi aparan müstəntiq Heydər Məmmədov məbləğin 10%-ni mənə təklif edərək məsələnin başlanmasını istədi. Lakin bu təklifi mən rədd etdim. Odur ki, mən razılaşmadığım halda iş təsdiqini tapmadı. Ayrı-ayrılıqda qurumun rəhbəri və onun müavini Orxan İsayev mənə məsələnin yenidən araşdırılmasına söz verdilər. Sonra mənə məlum oldu ki, Elxan Hüseynov, Yunis Abdullayev və Mayis tədqiqata cəlb edərək, onlara hədə-qorxu gəlinib. Onlar isə pulu Davud Əfəndizadəyə verdiklərini bildirmişlər. Davud Əfəndizadə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovu bu işə cəlb etmişlər. On beşə qədər sahibkarın tələbi 30.000.000 olduğu halda onlar Anardan 10.000.000 manat alıb bu işin araşdırılmasına xitam vermişdir. Mən bu gün ailəmin, övladlarımın yanında deyə bilmirəm ki, məni məmurlar aldatdılar. Mən 2016-2017-ci illərə qədər Respublika Prokurorluğuna 1200 dəfə müraciət etmişdim. Mənim ərizələrim oğurlanıb, ya da zibil qutusuna tullanılmışdır. Respublika Prokurorluğundan heç kim reaksiya verməmişdir. Mənim ərizələrimə cavab verilməməsi prokurorluğun qara işlər çevirməsindən xəbər verirdi. Nəqliyyat Nazirliyinin nəzdində yerləşən Nəqliyyat Departamentinin sədri Arif Quliyevdir və o Departamentin nəzdində Ziya Məmmədov tərəfdən MMC açılmışdır və MMC-nin sədri Ziya Məmmədovun qardaşı oğlu Rövşən Məmmədovdur. Onun müavini Davud Əfəndizadə idi. Bu şəxs Ziya Məmmədovun bacısı oğlu idi. Departamenti bu iki şəxs idarə edirdilər. Departamentin nəzdində 2 nəzarət idarəsi yaratmışdılar. Bunlardan biri Dövlətə məxsus, digəri isə özlərinə məxsus idi. Dövlətə məxsus olan nəzarət idarəsinin rəisi Bayram adlı şəxs, özlərinə məxsus olan nəzarət idarəsinin rəisi isə Yavər adlı şəxs idi. 2 ədəd Texniki Maneyə idarəsi var idi. Dövlətə məxsus Texniki Maneyə idarəsi rəisinin adı Ələsgər idi. Əlavə olaraq bir Texniki Təhlükəsizlik idarəsi yaratmışdılar. Hər bir idarədə 50-60 quldur saxlayırlar. Aylıq bizdən 1000 manat alırdılar, həftədə 2-3 dəfə avtobuslarımızı tutub Elit Ticarət Mərkəzinin yanında cərimə metdançasına yerləşdirib 1000 manat ödəməyimizə baxmayaraq 55-100 manat arası bizdən pul alırdılar. Ödəmədikdə maşınları buraxmırdılar və bizi xətti bağlamaqla hədələyirdilər. Məndə bu barədə səs yazısı da var. Bu pulların cəmi yığılıb Elxan Hüseynov, Yunis Abdullayev, Mais və başqalarında olan Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadəyə çatırdı. Cənab Prezident! Bu Ziya Məmmədovun törətdiyi cinayətlər və bizə verdiyi bu zülmlər və onların quldurları öz cəzalarını çəkmələrini istəyirəm. Mən düşünürəm ki, onların qanında Azərbaycanlı qanı axmır. Cənab Prezident! Onlara verilən pulun müəyyən bir qismini qohumlardan borc almışam və onlar məndən pullarını istəyəndə dəfələrlə pul verdiyim adamlara və özümə qəsd etmək istəmişəm. Mən qanunun var olduğuna inanıram və düşünürəm ki, bu iş ədalətlə həll olunacaq. Bu gün mən Qarabağ müharibə iştirkaçısı kimi Sizdən çox xahiş edirəm ki, mənim işimi nəzarətə götürüb DTX-ya göndərəsiniz. Mən inanıram ki, orada bizim işimizin tədqiqatı başladılsa 2-3 gün müddətində problemlər həll olunar. Mən elə gəlir ki, məmurlarımızın yarıdan çoxu vətəndaş və dövlət arasında böyük bir uçurum yaratmaqla məşğuldur. Mənə dəymiş ziyan qarşı tərəfdən alınsın və 50%-i Heydər Əliyev Fonduna və Qarabağın abadalaşdırılması üçün gedən tikintilərdə istifadə olunsun. Sizin mənim bu işimi nəzarətə götürüb həll edəcəyinizə inanıram və təşəkkür edirəm”. Geri qayıt |