Əsas Səhifə > Gündəm, Üst manşet > Əmrullayevin təhsildə SUSDUĞU MƏQAMLAR...

Əmrullayevin təhsildə SUSDUĞU MƏQAMLAR...


30-07-2021, 08:14
Əmrullayevin təhsildə SUSDUĞU MƏQAMLAR...
Son 30 ildə təhsilimizdə baş verənlər bütün cəmiyyətin gözünün qabağındadır.
Bircə anlıq sovet dövründəki təhsilimizə nəzər salaq.
Təhsilin pullu olmasından söhbət gedə bilməzdi.
Bu gün təsəvvür edirsiniz, Azərbaycanda ödənişli təhsil az qala 60 faizi keçir.
Təhsil haqqı isə insanların real gəlirlərindən 4-5 dəfə çoxdur. Təhsil haqqı 1 min manatdan 3-4 min manatadək, bəzən daha da artıqdır.
Axı, valideynlər hansı gəlirlə bunu ödəməlidir ?
Digər bir fakt. Son 15-20 ildə minlərlə məzun ödəniş edə bilmədiyi üçün ali təhsil ala bilməyib. Bəlkə ən savadlı kadrlar həmən məzunlar olacaqdı.
Sovet dövründə hər bir tələbə yataqxana ilə təmin olunurdu. Bu gün həmən yataqxanalar varmı ?
Tələbələr hər il kirayə haqqına nə qədər pul xərcləyir ?
Sovet dövründə ali təhsil alan hər bir tələbə sonda iş yeri ilə təmin olubnurdu və 3 ildən sonra gənc mütəxəssis kimi ev alırdı və ailə qururdu.
Bu gün minlərlə ali məktəb məzunu özünə iş axtarır.
Təsəvvür edirsiniz, universitetin jurnalistika fakültəsinin məzunu gözəllik salonunda çalışır.
Görəsən, gözəllik salonunda çalışmaq üçün 5 il universitetdə oxumaq lazım idi ?
Təsəvvür edirsiniz guya islahatçı nazir olan Emin Əmrullayev bircə dəfə də olsun tələbələrin təhsil haqlarının dözülməz olması barədə danışmır.
Müxbirin bu barədə suallarına isə əndrəbadi cavablar verir.
Məktəblərdə müəllim-şagird münasibəti dözülməz həddə çatıb.
Dəfələrlər mətbuatdan oxuyuruq ki, orta məktəb şagirdi hamilə qalıb.
Yaxud müəllim öz qız şagirdinə qarşı biabırçı hərəkətlər edib.
Budur müasir təhsilimiz.
Bütün bunlar azmış kimi indi də ortaya təzə ideya atıblar: Məktəb direktoru, təhsil naziri pedoqoq olmaya bilər.
Bəlkə keçmiş polis rəisini, baytarı məktəb, aqronomu direktoru qoyasınız ?
Necə ola bilər ki, müəllim mustəntiq ola bilməz, yaxud kimya müəllimi həkim ola bilməz. Amma istənilən şəxs məktəb direktoru ola bilər…
Yaxud əlində ali pedoqoji təhsil diplomu olan şəxs müəllim işləmək üçün niyə qapılara düşməlidir ?
Bəs onda bu şəxs 5 il niyə oxuyub ?
5 il dövlətin büdcəsinə niyə təhsil haqqı köçürüb ?
Suallar çoxdur təhsilimzlə bağlı.
Cənab nazir isə elə bil ağzına su alıb susur.
Bircə faktla yazımızı yekunlaşdıraq.
37 yaşlı cənab təhsil nazirimiz Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb.
Bu adam siyasi elmlər üzrə təhsil alıbsa, buyursun politoloq olsun, siyasi şərhçi olsun, lap partiya sədri olsun, Prezident Aparatında işləsin, nə bilim, siyasi verilişlər aparsın.
Bu adamın təhsil naziri olması heç bir məntiqə sığımır.
Bir sözlə, təhsilimiz reanimasiyalıqdır.
//gundelik-baku.com//
Geri qayıt