Əsas Səhifə > Gündəm, Manşet > Başçı əvəzi olsa da, rayon rəsmən BAŞSIZDIR...
Başçı əvəzi olsa da, rayon rəsmən BAŞSIZDIR...9-08-2021, 10:13 |
DİA.AZ: - Göygöl rayonu Mollacəlilli kənd sakini Əliyev Babək Ramiz oğlu ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Mən Göygöl rayonu Mollacəlilli kəndində kəndin qurtaracağında yeni salınmış yaşayış massivində yaşayıram. Kəndin qurtaracağı yollarımızın və küçələrimizin qaranlıq olması bizə hər cür əngəl və müsibət yaşadır. Səhər tezdən və axşam gecələr küçəylə gedə bilmirik. Vəhşi heyvanların hücumu,qaranlıq və qorxu bizi həddindən artıq çox-çox incidir. Sözü gedən məsələ artıq dözülməz həddə çatıb.Azyaşlı uşaqları qadınları və qocaları nəzərə alsaq vəziyyətin nə qədər acınacaqlı olduğunu yəqin ki başa düşüləndir. Ehtiyacımız olan problemlə bağlı ENERGETIKA NAZIRLIYINƏ və AZƏR IŞIQA müraciət etsəmdə NAZIRLIYININ ENERJI MƏSƏLƏLƏRINI TƏNZIMLƏMƏ AGENTLIYININ GƏNCƏ FILALI mənə cavabında “Müraciətinizdə qeyd etdiyiniz məsələ Agentliyin səlahiyyətlərinə daxil olmadığı üçün "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən sizin müraciətiniz aidiyyati üzrə baxılması üçün Göygöl Rayon icra Hakimiyyətinə göndərilmişdir ”. Ancaq Göygöl Rayon Icra Hakimiyyətinin rəsmisi ərazi idarə etmə şöbəsinin müdürü Vüqar İsayev rəsmi cavabında söyləyir ki büdcədə pul yoxdur ,mən də öz cibimin pulu ilə sənə işiq çəkən deyiləm.Özüdə bu iş bizə aid deyil ,bu iş kənd Bələdiyyəsinin nəzarətindədir. Onunda büdcəsi yoxdur! Bəs onda sərf olunan enerjinin pulunu kim verəcək?Əlavə olaraq qeyd edir ki sənin işıq haqqında iddian tamamilə mənasızdır. Mən qanunları səndən yaxşı bilirəm,və mənim dediyim hər bir söz qanundur! Ancaq sənə bir məsləhətim var, kənddə bütün əhalini məcbur et ki bələdiyyənin vergisini ödəsinlər onda da məndə bələdiyyədən xaiş edərəm sənə işıq çəkər! Görünür göygöl Icra Hakimiyyətində çalışan savadlı kadrların hələ də küçə ışıqları qaydalarından xəbərsizdirlər.Xüsusilə Göygöl İcra Hakimiyyətinin icra başçısını əvəzlən müavin Turani Əliyevin özündən razı əməlləri vətəndaşları pandemiya bəhanəsi ilə qəbul etməməsi vətəndaş dərdinə diqqət və qayğı göstərməməsi vətəndaşa xüsusi sayğısızlığı və laqeydliyi artıq dözülməz həddə çatıb.Turani Əliyevin bizlərə yuxarıdan aşağı baxması bütün ehtiyac və şikayətlərmizə zərrə qədər əhəmiyyət və dəyər verməməsi burada yaranmış müsibətli vəziyyəti daha da alovlandırır,və böyük sayda narazı kütlə yetişdirir.Bu qədər haqsızlıq bu qədər Allahsızlıq olmaz. Sözü gedən problemlə bağlı vəziyyət pik həddə çatıb .Tam məsuliyyətlə deyirəm vətəndaş ehtiyacının və dərdinin onlar üçün heç bir əhəmiyyəti də yoxdur. Sizdən bu mövzuda dəstək və kömək gözləyirik . İndi ümüdümüz bircə sizsiniz. Həqiqətən də bizə sizin köməyiniz lazımdır. Xahiş edirik, köməynizi bizdən əsirgəməyin". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |