Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudovun qohumu həbsdən çıxdı və HƏRBƏ-ZORBAYA KEÇDİ...

Eldar Mahmudovun qohumu həbsdən çıxdı və HƏRBƏ-ZORBAYA KEÇDİ...


12-08-2021, 10:01
Eldar Mahmudovun qohumu həbsdən çıxdı və HƏRBƏ-ZORBAYA KEÇDİ...
DİA.AZ: - Bakı şəhəri Nəsimi rayonu 968-ci məhəlləsində S.Rüstəmov, M.Qasimov, X.Şuşinski və F.Qasımzadə küçələrinin kəsişməsində “Elips-R ” Mənzil Tikinti Kooperativi tərəfindən inşaa olunan çoxmərtəbəli yaşayış binasının sədri Cəfərov Əlixan Əvəz oğlu ölkə rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-ın "votsap" ünvanına göndərilən müraciətdə deyilir:

"Məlumunuz olsun ki, sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifə başında olanda onun yaxın qohumu sabiq MTN əməkdaşı İlham Mahmudov şirkətimizin əməkdaşı Süleymanov Ramiz Cavad oğluna hədə-qorxu gələrək saxta sənəd imzaladıbdır ki, yeni tikiləcək binada guya İlham Mahmudov da ev alıbdır.

Halbuki İlham Mahmudov bu tikiləcək bina üçün 1 manat da belə ödəməyibdir. Dövlətə və şirkət sahiblərinə ziyan vuran dələdüz, həbsdən yeni çıxan İlham Mahmudov yenidən şirkətimizin əməkdaşlarına hədə-qorxu gələrək, əvvəllər hədə-qorxuyla əməkdaşımız Süleymanov Ramiz Cavad oğluna saxta sənədlərlə imzalatdırdığı “Elips-R ” Mənzil Tikinti Kooperativindən yenidən mənzil istəyir.

İlham Mahmudov bizə hədə-qorxu gələrək söyləyir ki, nə olur-olsun sizi şantaj edib, tikinti şirkətinizdən özümə mənzil alacağam. İlham Mahmudova söyləyirik ki, axı sən şirkətimizə mənzil almaq üçün bir manat da ödəniş etməmisən. Şirkətimiz sənə necə mənzil versin...

Cənab Prezident, hörmətli dövlət təşkilat rəhbərləri sizlərdən xaiş edirəm ki, dələduz cinayətkar Sabiq Milli təhlükəsizlik Nazirinin əməkdaşı İlham Mahmudovun cinayətkar əməllərinə qarşı tədbir görəsiniz. Əvvəlcədən sizlərə öz təşəkkürümü bildirirəm".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Geri qayıt