Əsas Səhifə > Gündəm, Manşet > Masallı Meşə İdarəsi NAZİRİ DƏ ALDADIRMIŞ...
Masallı Meşə İdarəsi NAZİRİ DƏ ALDADIRMIŞ...16-10-2021, 09:23 |
Kendtv.info xəbər verir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan cinayətkar dəstə üzvlərindən bir də Mərkəzin direktor müavini-baş meşəbəyisi Faiq Əmimovdur. F.Əmişov 2018-ci ildən 2020-ci il tarixinə kimi Mərkəzin baş əkin mühəndisi vəzifəsində çalışıb. İşlədiyi dönəmdə dövriyyədə olan əkinlərə həmişə saxta sənəd və statiskalar yazıb, sonra isə dövlət büdcəsindən taladığı əkin pullarının köməkliyi ilə birdən gəlib direktor müavini-baş meşəbəyi vəzifəsinə təyin olunur. Bu insan həmişə Mərkəzə əkinləri yoxlamağa gələnlərə düzgün olmayan yerləri göstərərək səhv məlumatlar verib. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində çəmi bir yerdə yaxşı əkin var ki, o da Göytəpə meşəbəyliyinin 19 saylı dolayındadır. F.Əmişov gələn yoxlamaları və nümayəndələri aldadaraq həmişə sözügedən dolayda olan əkini göstərməyə aparır və onlara "budur bizim nümunəvi əkin"-bildirir. F.Əmişovun çirkin əməlləri tək bununla bitmir. Bu insan dövlət meşə fondu torpağların satan şəxslərdən biridir. Mərkəzdə olan sənədləşmə saxtakarlığında bu insanın da əli vardır. Həmişə əkinlərə saxta naryadlar yazdırır, saxta qırma sahələrinin hazırlanması və s.. Bir ay olar ki, Ekologiya Nazirliyinin auditi MRMTM-də yoxlamada olan zaman F.Əmişov və digər işçilərin işlərində çoxlu qanunsuzluqlar aşkar etdilər və bu barədə hələ də bir tədbir görülməyib. Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq. //azinfo.tv// Geri qayıt |