Əsas Səhifə > Gündəm, Manşet > Hacıqabulun icra başçısına qarşı İTTİHAM

Hacıqabulun icra başçısına qarşı İTTİHAM


15-11-2021, 09:00
Hacıqabulun icra başçısına qarşı İTTİHAM
Redaksiyamıza Hacıqabul rayon Icra Hakimiyyəti başçısının köməkçisi, 1976-cı il təvəllüdlü, həqiqi hərbi xidmətdə olmayan Kərimov Afiq Oqtay oğlunun qol qoyduğu qanunsuzluq əməlləri ilə bağlı xeyli məlumatlar çatdırılıb. Çatdırılan məlumatlarda bildirilir ki, bu şəxs vaxtilə hərbi xidmətdən yayınmaq üçün hansısa səhiyyə müəssisəsindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri əsasında, özünə bu Əsasnamənin 14-cü maddəsinin müvafiq bəndinə uyğun sənəd əldə edir və belə bir səbəbdən də, məhz həqiqi hərbi xidmətdən yayınmağı bacarır. Qeyd edək ki, 14-cü maddədə baş-beynin zədələnməsi və disfunksiyası (baş-beynin travmaları, şişləri, ensefalit, meningit, neyrosifilis, həmçinin, senil və presenil psixozları, baş beynin damar, degenerativ və digər üzvi xəstəlikləri və zədələnmələri) nəticəsində yaranan psixozları, digər ruhi pozuntuları, şəxsiyyət və davranış dəyişikliklərini nəzərdə tutulur. Belə bir sənədin sahibi olan Afiq Kərimov, hal-hazırda Hacıqabul RİH-i başçısının köməkçisi vəzifəsini daşıyır və 24-AA-005 dövlət nömrə nişanlı avtomobili də idarə edir.

Bundan əlavə, redaksiyamıza RİH-i başçısı köməkçisinin əməlləri ilə bağlı şikayət ərizəsi təqdim edən Hacıqabul rayon sakinləri Bəhlul Şıxəliyev və Nizaməddin Mustafayev adlı şəxslər isə bildirirlər ki, “Afiq Kərimov bizə müəyyən məsələlərdə köməklik göstərmək məqsədilə, bugünə kimi hər ikimizdən cəmi 40 min manat pul alıb və indiyə kimi verdiyimiz pulları geri qaytarmayıb. Elə ki, Afiq Kərimovdan verdiyimiz pulları geri qaytarmasını tələb edirik, o halda o, həmin gün pulları qaytaracağına söz verir, səhəri gün isə, verdiyi vədini danır. Bu da onu sübut edir ki, həqiqətən də RİH-i başçısının köməkçisi vəzifəsini daşıyan bu şəxsin psixoloji problemi var. Bu şəxs rayonun Qarasu kənd bələdiyyəsinin sədri Abdullayev Elşad Habil oğluna himayədarlıq etməkdən də çəkinmir. Belə bir səbəbdən də bələdiyyə sədri minbir qanunsuzluqlara imza atır və çoxsaylı sakinlər arasında narazılıqların baş qaldırmasına səbəb olur”.

Əslində belə bir problemlərin varlığı ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Yəni, sual oluna bilər ki, görəsən səhhətində müəyyən psixoloji problemi olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri aldadadaraq onların pullarını ələ keçirən və digər qanunsuzluq əməllərinə qol qoyan Afiq Kərimov, bu gün hansı əsasla strateji vəzifədə çalışır? Demək, məsələnin görünməyən tərəfləri var ki, onlardan biri də bu şəxsə “daydaylıq” edənlərin oynadıqları rolların varlığıdır. Yoxsa, bu şəxsi . . .

Mövzuya qayıdacağıq.
//azinfo.tv//


Geri qayıt