Əsas Səhifə > Gündəm, Manşet > Cavid Qurbanovun GİZLİ MALİYYƏ İŞLƏRİNİ O ÇEVİRİR...

Cavid Qurbanovun GİZLİ MALİYYƏ İŞLƏRİNİ O ÇEVİRİR...


27-11-2021, 09:16
Cavid Qurbanovun GİZLİ MALİYYƏ İŞLƏRİNİ O ÇEVİRİR...
Yəqin çoxlarının yadındadır, Azərbaycanda bir partiya sədri, dəfələrlə prezidentliyə namizəd, “ Biyan satıb millətimizi saxlayacam” deyən Nizami Süleymanov var idi.
Söhbət “Qulp” verilişində maraqlı yumoru ilə yadda qalan Nizami Süleymanovdan gedir.
Bir də Nizami Süleymanovun “Demokratik Ziyalılar” İttifaqı var idi.
Adama deyərlər, ay xanə-xərəb, ziyalının anti-demokratı da olur ?
Həmin dövrdə Nizami Süleymanovun qardaşı, Azərbaycan Dəmir Yollarında vaqon depolarına nəzarət edən Əlirza Süleymanovun xeyli miqdarda pulu var idi.
Qardaşlar bazarlıq edib “Kristial” mərkəzini yaratdılar.
SSRİ dağılan ərəfədə Əlirza və Nizami Süleymanov qardaşları “Kristial” mərkəzində gecələr İrandan gələn “yanıq”lara qulluq edirdilər, bir sözlə, mərkəzi “quşxanaya” çevirmidşilər.
Bu gün Əlirza Süleymanovdan soruşan lazımdır ki, sən həmin mərkəzdə İrandan gələn ermənilərə necə qulluq edirdin ?
Nə isə...
Azərbaycan Dəmir Yollarında çalışan Əlirza Süleymanov qatarlarda çalışan qadın bələdçilərin sanki qənimi idi.
Bu adamın adı xeyli qalmaqalda hallandırılır.
Deməli, Əlirza Süleymanov dəmiryoldan xeyli gənclərin qovulmasının baiskarı olub. Daha doğrusu, depo rəisləri işçiləri qanunsuz yolla işdən qovurdu, yerinə başqalarını götürürdülər və deyirdilər ki...
“Hara şikayət etsəniz də mənası yoxdur, bizim arxamızda Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır”.
Bəli, Əlirza Süleymanov 1990-cı ildən başlayaraq vaqon depolarına nəzarət edib.
Əlirza Süleymanov həmin dövrdə vaqon bələdçilərinə verilən ezamiyyət xərclərini mənimsəyirdi.
Diqqət edin, 1990-cı ildə SSRİ adlı dövlət çökmək üzrədir, nəzarət itib, kimin əli kimin cibindən çıxır bilinmir. Bax, Əlirza Süleymanova belə məqamda ölkədəki dəmir yolu relslərini tapşırdılar.
Əlirza Süleymanov təzə relsləri köhnə adı ilə “spisat” edərək varlanmağa başladı.
Hələ bu harasıdır ?
Əlirza müəllim “metal biznesinin çiçəklənən” vaxtında sanki okeana düşmüşdü. Başqaları 5-6 kiloqram metal axtaranda Əlirza müəllim bir gecədə bir vaqonu “udurdu” və pulunu mənimsəyirdi.
Ziya Məmmədov 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olan kimi səhəri günü Əlirza Süleymanovu özünə müavin təyin etdi.
Çünki Ziya Məmmədov yaxşı bilirdi ki, dəmir yolu relslərini satmaq üçün Əlirza ən yaxşı kadrdır.
Əlirza Süleymanov da Ziya Məmmədova borclu qalmadı. Əlirza Süleymanov yaxın dostu, o zamankı spiker Rəsul Quliyevin təklifini Ziya Məmmədova çatdırdı.
Bəli, Naxçıvana gedən dəmir yolu relslərinin doğranıb satılması və milyonların qazanılması ideyası Rəsul Quliyevlə Əlirza Süleymanova məxsus idi.
Qısa vaxtda Əlirza Süleymanov milyonçuya çevrildi. Həmin pullarla oğlu üçün Slovakiyada biznes qurdu.
Hətta həmin dövrdə Əlirza müəllimin həbsi də gündəmdə olub. Amma canını qurtara bildi.
Bəli, Əlirza Süleymanov 1996- 2002-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Ziya Məmmədovun, 2004- 2015-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müavini olmuşdur.
Ziya Məmmədovun, Arif Əsgərovun dövründə Rusiyadan köhnə vaqonları rəngləyib təzə adı ilə Azərbaycana gətirəndə, milyonlar qazananda niyə səsini çıxartmırdın, Əlirza müəllim ?
Köhnə vaqonları doğrayıb 1 tonunu 160 manata satıb, kağızda 75 manat göstərəndə niyə danışmırdın, cənab Süleymanov ?
Dəmir yol sistemində görülən işlərin qiymətini 2 dəfə şişirdib milyonları mənimsəyirdiniz.
Bütün bu cinayətlər törənəndə sən harada idin, cənab müavin ?
Bütün bunları qoyaq bir kənara, bəs, Danişyanla çəkdirdiyin qol-boyun şəkilləri harada gizlədin ?
Yuxarıda qeyd etdik ki, oğlunun adına Slovakiyada biznes qurmusan. Onu başa düşdük, oğlundur. Bəs Danişyanla necə qohum olmusan ?
Bunu sənə çox yaxın olan elə adamlar təsdiq edir.
Azərbaycandan mənimsədiyin 100 milyonları Danişyan necə idarə edir ?
Əlirza Süleymanovun qohumu Danişyan barəsində növbəti yazıda...
//gundelik-baku.com//
Geri qayıt