Əsas Səhifə > Gündəm, Manşet > Gəncə Ruhi Əsəb Dispanserində ƏSƏBİ AB-HAVA...
Gəncə Ruhi Əsəb Dispanserində ƏSƏBİ AB-HAVA...9-12-2021, 09:28 |
Gəncə şəhərində fəaliyyət göstərən Rayonlararası Psixonevroloji Dispanserin xanım rəhbəri barədə ciddi məlumatlar yayılıb. Bu ünvanda cərəyan edən rüşvətxorluq və digər ciddi qanun pozuntuları dövrü mətbuatda əvvəlki illərdə daha çox yayımlansa da, 2016–cı ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində CM-nin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi açılmaqla yapışdığı kürsüdən qoparılan sabiq baş həkim Yaşar Əliyevin xələfi də deyəsən kimsədən geri qalmır. Demokratik.Az-ın məlumatına görəı, hazırda Gəncə Rayonlararası Psixo-nevroloji Dispanserinə baş həkim təyin olunmuş Hüseynova Tərlan Məmməd qızınının da barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etdiyinə görədə cinayət işi açılıb. Bu barədə məlumatlara ölkənin aparıcı media orqanlarında 2018-ci ilin noyabr ayının əvvələrində yaydığı xəbərlərdə rast gəlinir. Amma xanım həkim barəsində cinayət işinin açılmasına baxmayaraq, onun bu gün də Gəncə şəhər Psixonevroloji Dispanserində rəhbər təyinatda saxlanması, kimlərinsə himayəsilə öz prinsiplərinə də güc-qanad verməsi təəssüf doğurur. Eləcə də onsuz da bataqlığa bənzəyən Gəncə səhiyyəsinin sanki şəffaf kadr çatışmazlığı kimi karikatur mənzərə yaradır. Bu fakt Səhiyyə sistemində korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığının da bir görüntü olduğuna dəlalət edir. Qısa araşdırma etdikdə məlum olur ki, Tərlan Əhmədova sabiq səhiyyə naziri Oqtay Şirəliyevə uzanan isti əlaqəli həkim kimi tanınıb. Məlumatlara görə sabiq nazirin dövründə, Tərlan Hüseynova Gəncə ş, Abbas Səhhət adına xəstəxananın poliklinikasında baş həkim işləyib. Həmin dövrlərdə belə, Səhiyyə Nazirliyi onun bir çox gizlin əməllərinə göz yumub. Sonradan onun poliklinikadan sözügedən ünvana baş həkim gətirilməsi də onun mötəbərliyindən xəbər verir. Demokratik.Az-a daxil olan məlumata görə, Gəncə şəhər Psixonevroloji Dispanserində cari ilin müvafiq dövrü üzrə, Oqtay Şirəliyev Səhiyyə naziri vəzifəsindən azad olunduqdan sonra dövlət satınalmaları yolu ilə həyata keçirdiyi malların və xidmətlərin satınalmaları diqqət çəkir. Araşdırmalara əsasən, Gəncə şəhər Psixonevroloji Dispanserinin Tender Komissiyasının nəinki sabiq nazirin dövründə, hətta indi də keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntuları mövcuddur. Burada bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsindən tutmuş, satın alınan malların (xidmətlərin) qiymətlərinin gizlədilməsinə şübhə yaradan bir çox qanunsuz əməllərə yol verilir. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələri bəlli olmayan kotirovka sorğuları barədə məlumatların gizlədilməsi bir reallıqdır. Onlar hansılardır? İstehlakyonlü üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mətbəə üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Digər mallar üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Kommunal xidmət üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Gigiyena və sanitariya üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxana üzrə 27.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mühafizə xidməti üzrə 22.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Komunal xidmətlər üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Digər mallar üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mətbəə mallari üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxanavə təsərufat malları üzrə 13.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Bu kotirovka sorğularının keçirilməsi barədə elanlar Dövlət satınalmalarının rəsmi portalına göstərdiyimiz tarixlərdə yerləşdirilmişdir. Lakin elan olunmuş, keçirilmiş kotirovka sorğularının nəticələri, ya müqavilələrin bağlanması, ya da ləğv olunması barədə məlumatlar Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilməməmiş, dolayısı yollarla gizlədilmişdir. Buna Səhiyyə Nazirliyinin və xüsusilə də Gəncə İcra Hakimiyyəti və tabeliyindəki Səhiyyə İdarəsi də göz yuma bilər. Çünki, “qalib” şirkətlərin sözügedən nazirlikdə kimlərə məxsus olması, yaxud da baş həkimin yaxınlarının adına yaradılmış MMC-lərin sirri burada açıla bilər. Amma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu kimi qanunsuzluqlara necə rəvac verib, niyə göz yumub bəlli deyil. Gəncə şəhər Psixonevroloji Dispanserinin Tender Komissiyasınin keçirdiyi kotirovka sorğuları barədə Dövlət satınalmalarının rəsmi portalında ümumiyyətlə heç bir məlumat yerləşdirilməyib. Bu da, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin pozulması deməkdir. Amma Dispanserin baş həkimi Tərlan Hüseynovanın sadalanan hallar maraqlandırmır. İddialara görə, bu işlərdə maraqlı şəxslərdən biri də Səhiyyə İdarəsinin rəhbəri Nazim Əhmədovdur. Elə Tərlan Hüseynovanı da baş həkim postunda qoruyan şəxs həm də adıkeçən səhiyyə işçisidir. Axı, hər iki şəxs Abbas Səhhət Xəstəxanasında birlikdə çalışıblar, biri poliklinika müdiri, digəri də baş həkim olub. Nazim Əhmədovun Tərlan Hüseynovanın baş həkim təyinatında və saxlanmasında rolu var. Yəqin ki, bu qanunsuzluqluqlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlilərini də narahat etmir. Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev bəlkə də baş verənlərin fərqində deyil. Amma o, Gəncə şəhər Psixonevroloji Dispanserində baş verənlərdən, nöqsanlı xanım baş həkimin vəzifədə hansı məcburiyyətlə saxlanmasına mütləq aydınlıq gətirməlidir. Strateji dispanserə rəhbərlik edən Tərlan Hüseynovanın da deyilən faktlara fərdi açıqlaması maraqlı olardı... Geri qayıt |