Əsas Səhifə > Gündəm, Manşet > Bu qədər xəstəliyin qarşısında da əlillik ləğv olunub...
Bu qədər xəstəliyin qarşısında da əlillik ləğv olunub...10-12-2021, 09:02 |
Vətəndaş Əhmədov Əmir Almas oğlu Mubahise.az-a müraciət edərək onda uzun illərdir ki, əlillik əlamətləri olmasına baxmayaraq, sosial müavinət hüququndan məhrum olunduğunu bildirib. O bu məsələ ilə bağlı qeyd edir: - Birinci Qarabağ müharibəsində döyüş vaxtı mərmilərin təzyiqindən qulaq pərdəm partlamışdı, düzgün müalicə getmədiyinə görə başımın qulaq nahiyəsində sümükdə qaralma var idi. İranda əməliyyat olundum. Hələ də qulağımın biri ağrıyır, çünki pərdə yoxdu, çirk gəlir. Çox ayaq üstə dayana bilmirəm, ayağım şişir. Ürək zəifliyim, qanda qatılaşma, qaraciyərimdə qalınlaşma var, öd kisəm də çıxarılmalıdır, işləmir. Diafraqmada da yırtıq var. Oynaq ağrılarım da var. Buna görə də neçə ildi ki, müalicə alıram, lakin heç bir xeyri yoxdur. 2008-ci ildən bəri əlillik dərəcəm var idi və bununla bağlı sosial müavinət alırdım. 18.04.2021-ci ildə yenidən müayinədən keçmişəm və göndəriş TSEK tərəfindən qiymətləndirilərək əlillik əlamətinin müəyyən edilməməsi barədə cavab gəlmişdir. Qeyd edək ki, o, sənədlərinin poliklinika tərəfindən tam olaraq TSEK-ə göndərilmədiyini iddia edir. Məsələnin araşdırılması üçün Mubahise.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) sorğu ilə müraciət etdi. Sorğunun cavabı belə olmuşdur: Əhmədov Əmir Almas oğlunun müraciəti ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən araşdırma aparıldı və bildirilib ki, vətəndaşın sənədi (Forma-88) hazırlanaraq aşağıda qeyd olunan diaqnozlar göstərilməklə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə yerləşdirilmişdir: T35.5 Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması hər iki ayağın II-III (ikinci-üçüncü) dərəcəli donvurmadan sonrakı vəziyyəti (18.02.1994) II (iki) mərhələ angiotrofonevriz funksiyanın mülayim dərəcədə pozulması ilə aşağı ətrafların obliterasiyaedici endoarteriti hər iki baldır arteriyalarının stenozu, barmaq arteyaların okkluziyası aşağı ətrafların II(iki) dərəcəli xroniki işemiyası. aşağı ətrafların varikoz xəstəliyi. Hər iki BDV varikozu ağırlaşma I73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi] hər iki ayağın II-III (ikinci-üçüncü) dərəcəli donvurmadan sonrakı vəziyyət (18.02.1994) II (iki) mərhələ angiotrofonevriz, funksiyanın mülayim dərəcədə pozulması ilə,aşağı ətrafların obliterasiyaedici endoarteriti hər iki baldır arteriyalarının stenozu barmaq arteyaların okkluziyası aşağı ətrafların II (iki) dərəcəli xroniki işemiyası aşağı ətrafların varikoz xəstəliyi. Hər iki BDV varikozu Bildirilib ki, 30.04.2021-ci il tarixində göndəriş (Forma-88) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Tibbi Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən qiymətləndirilərək imtina edilib. İmtinanın səbəbi kimi diaqnoz və ağırlaşmanın əlilliyin təyininə əsas vermədiyi qeyd edilib. Şikayətin araşdırılması məqsədilə 30.11.2021-ci il tarixində Agentlik tərəfindən vətəndaşla telefon əlaqəsi saxlanıldı və ona poliklinika tərəfindən sənədlərdə qeyd olunan bütün diaqnozların forma 88-də qeyd olunduğu bildirilmişdir. Vətəndaş TSEK tərəfindən verilən imtina cavabından narazı qaldığını, TSEK-ə əyani müayinə üçün müraciət etdiyini və düzgün müayinə aparılmadığını qeyd etmişdir. Vətəndaşa əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair TSEK tərəfindən qəbul edilmiş qərarlarla razılaşmadığı təqdirdə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi tövsiyə olundu. Geri qayıt |