Əsas Səhifə > Gündəm, Manşet > Cəlilabadın gözdən-könüldən uzaq təhsili...
Cəlilabadın gözdən-könüldən uzaq təhsili...22-12-2021, 09:12 |
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin gündüz gözətçisi Allahverdiyev Rəşad Əyyub oğlu və həyat yoldaşı xadimə Allahverdiyeva Leyla Abıəli qızı rayon təhsilinində fəaliyyətdə olan bürokratlarla bağlı saytın elektron ünvanına müraciət ünvanlayıb. DİA.AZ-ın məlumatına görə, GUNinfo.az–a daxil olan müraciətdə deyilir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Surəti 1: Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə Surəti 2: Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə Surəti 3: Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə Hörmətli Cənab Prezident , Cənab Nazir, Cənab Baş Prokuror! – “Mən Allahverdiyev Rəşad Əyyub oğlu gündüz gözətçisi və həyat yoldaşım Allahverdiyeva Leyla Abıəli qızı xadimə kimi Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin işçiləriyik. Təbii ki, yüngülvari hörmət də etmişdik. Həyat yoldaşım işə düzələndən sonra analıq məzuniyyətinə çıxdı və hal hazırda övladımız on aylıqdır. Ancaq çıxdığı gündən mən məvacib kartını görməmişəm. Əvvəl o biri direktorlarda olub, indi isə indiki direktor əvəzi Seymur Cəfərovda. Həyat yoldaşım nə analıq məzuniyyətinə çıxa bilib, nə də qismən analıq məzuniyyətinə. Dəfələrlə indiki direktor əvəzi Seymur Cəfərova və Ağaxan Ağayevə bildirməyimə baxmayaraq mənə əmək haqqı kartını vermirlər. Ancaq bilirəm ki, yerinə kimisə işdədib ona həmin kartdan müəyyən qədər pul çıxarıb verib, qalanlarını özlərinə götürüblər. Seymur Cəfərov məni otağına çağıraraq yoldaşımın adına işdən çıxmaq üçün ərizə yazmağı tələb etdi, razılıq vermədiyim üçün məktəbin təsərrüfat müdiri Ağayev Asimlə birlikdə məni işdən çıxarmaqla hədələdilər. Mən gündüz gözətçisiyəm. İş saatım saat 18:00-dən – gecə 00:00 qədərdir. İş zamanı hər zaman yerimdə olmuşam. Guya gəlib yoxlayıblar və mən həmişə işdə olmağıma baxmayaraq guya iş yerimdə olmadığım üçün mənə xəbərdarlıq etmədən mənsiz haqqımda akt tərtib ediblər, həm də mən həmişə işdə ola-ola.Mən işdə olduğum müddətdə iş yerimi tərk etməmişəm.Məktəbin ərazisi 2 hektardır mən məktəb ərazisinin hər tərəfini gəzib yoxlayıram.Həmişə işimdə olmuşam və işdə olduğum müddətdə heç kim iş yerimə gəlməyib.Amma bunlar guya gəlib məni yoxlayıblar, mənə də zəng etmədən,xəbərdarlıq etmədən və mənim iştirakım olmadan haqqımda akt tərtib ediblər, əmək haqqımdan da 15 gün tutublar. Tabeli qol çəkməyə vermirlər, sonra üstündən bir neçə vaxt keçdikdən sonra baxırsan ki, adımın qarşısına qırmız xətləyib sonra ona əsaslanıb əmək haqqımı tutublar. Bu barədə RTŞ müdiri Ağaxan Ağayevə demişəm. Xoş qarşılayıb, yola salır, ancaq ortalıqda bir iş görünmür. Seymur Cəfərov və Asim Ağayev məktəbi talayır. Asim Ağayevin əvvəl həyat yoldaşının adı gedib özü gəlmirdi, indi onun adını çıxarıb qızının adını qeyd ediblər. O da işə gəlmir. Yoxlama gələndə başqa işə gəlməyənləri iş yerinə çağırsalarda bir dəfə olsada Asimin qohum-əqrabasını məktəbdə görməmişəm. Bu gün mənim yoldaşımın məvacib kartı hələ də Seymur Cəfərovdadır. Dövlətimiz məktəbə hər şeyi verir. Ancaq hamısını Asimlə Seymur Cəfərov mənimsəyir. Bu məktəbdə hegomonluq edirlər. Sanki bu dövlətin heç bir qanunu bunlara aid deyil. Hörmətli Cənab Prezident, Dövlətimizin başçısı kimi Sizdən xahiş edirəm ki, bizə kömək edəsiniz.” Hörmətlə Allahverdiyev Rəşad Əyyub oğlu Tel: 050-859-11-28 Geri qayıt |